Həkim Nəzakət Mirzəzadə (NLP Master, Klinik psixoloq): "Bu sahəyə gələndən sonra özüm-özümü tapmışam"
- Nəzakət xanım, necə oldu ki, həkim oldunuz?
- Əslində mən həkim olmaq istəmirdim. Rəmətlik atamın arzusunu həyata keçirtmək üçün bu sahəyə gəldim. O da mənim on iki yaşım olanda rəhmətə getdi. Heç onun belə bir arzusunun olduğunu mən bilmirdim. Bir neçə ildən sonra anam mənə dedi ki, atan səni həkim görmək istəyirdi. Ona görə də bu sahəyə gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Psixoloq olaraq artıq dörd ildir ki, fəaliyyət göstərirəm. Mən ixtisasca həkim mikrobioloqam. On il həkim mikrobioloq kimi, on üç il isə şöbə müdiri olaraq fəaliyyət göstərmişəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən klinik psixoloq kimi fəaliyyət göstərirəm. Eyni zamanda, NLP üzrə praktik masterəm. Hər iki işimi paralel şəkildə aparıram. Bir işim digər işimə kömək edir.
- İş prinsipiniz nədən ibarətdir?
- Pasiyenti qəbul edib diaqnostik konsultasiya edirik. Hər pasiyentə individual yanaşırıq.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət olunur?
- Son zamanlarda Fobiyalar, Təşviş pozuntu, OKP (obsessiv kompulsiv pozuntu), Panik-atak pozuntuları ilə bağlı müraciətlər daha çox olur. Mən də bununla bağlı hətta qrup terapiyaları da təşkil edirəm ki, bir neçə insana eyni vaxtda yardımçı ola bilim.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- Həddi keçən hər bir şeyə qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Sakit və səbrli biriyəm. Təmkinli və tədbirli olmagı, insanlarla xoş rəftar etməyi və onlara yardım etməyi sevirəm.
- Ailəlisinzimi?
- Ailəli olmusam. Amma yoldaşımı artıq altı ildir ki, qəzada itirmişəm. Hətta bu sahəyə gəlməyimin əsas səbəbi də bu olub.
- Oxuculara nə məsləhət görürsünüz?
- Ürəklərini fərah tutsunlar, emosiyalarla hərəkət etməsinlər. Saf su çox icsinlər. Çünki saf su insanın bütün hüceyrələrini şəfalandırır. Suyun frekansı çox güclüdür. Bir də ki, nəfəs alıb-vermə texnikasından istifadə etsinlər. Qarşılarına hədəf qoysunlar, öz hədəflərinə doğru irəliləsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sahəyə gələndən sonra özüm tapmışam. İçimdəki "mən"lə dostam. Ona görə də çox xoşbəxtəm. İnsan birinci özünü dərk etməlidir. Daha sonra qarşısındakını dərk edə bilər.
Instagram: @doktor.nm
Əlaqə nömrəsi: (055) 505 78 78