"SH academy"nin yaradıcısı və rəhbəri Şövkət Sadıqova: "Tələbələrimin sevgisi məni güclü, işimə daha da həvəsli edir"
- Şövkət xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə maraq məndə uşaqlıqdan var. 18 yaşımdan işləyirəm. İlk olaraq orta məktəbdə laborant vəzifəsində çalışmağa başladım. Daha sonra orta məktəblər üçün nəzərdə tutulmuş xüsusi online proqramların əlaqələndiricisi olmuşam. İlk ixtisasım Kompyuter kollecinin, İnformatika müəllimliyi ixtisasını bitirmişəm. Orta məktəbdə 7 il işlədim. Daha sonra tədris kurslarında ofis proqramlarından tələbə hazırladım. Eyni zamanda bir neçə tədris mərkəzləri ilə əməkdaşlıq etdim. Daha sonra tədris mərkəzlərinin birində icraçı direktor və müəllimə vəzifəsində çalışdım. Beləcə, müstəqil fəaliyyətə başlayıb öz tədris mərkəzimi yaratdım. Hal-hazırda da işlərimin çox olmasına baxmayaraq yenə də ixtisasım üzrə biliklərimi artırıb işimi layiqincə davam etdirirəm. İşimdən böyük zövq alıram. Digər ikinci ixtisasım isə Atatürk universitetinin İdarəetmə fakultəsidir. İdarəçilik sahəsində də özümü doğrultdum. Müxtəlif növ tədbirlər və seminarlar təşkil etmişəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 7 ildir ki, orta məktəbdə, 11 il isə tədris kurslarında fəal şəkildə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Öz sahəm üzrə bilik və bacarıqlarımı daha da artırıram. Magistr təhsili almağa hazırlaşıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Gördüyümüz işin müsbət nəticəsini görmək, təbii ki, çox qürurvericidir. Məqsədimiz bizi seçənlər üçün onlarda məmnunluq hissi yaratmaqdır.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar mərkəzimizdə olan ixtisaslara müraciətlər çoxalıb. İxtisas seçimində çətinlik çəkənlərə öz məsləhətlərimiz verib, düzgün səmtə yönəldirik.
- Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?
- Bir mütəxəssis olaraq, tələbələrin bəzən yazıldıqları ixtisasları zamanından tez bitirmək istəməklərinə “yox” deyirəm. Çünki hər bir ixtisasın öz müddəti var. Peşəkar mütəxəssis olmaq üçün daima çalışmaq lazımdır.
- Xarakter olaraq necə birisiniz?
- İllər öncəyə baxanda indi daha səbrli, hər çətin işin öhdəsindən gələn, işinə diqqətlə yanaşan, təmkinli, səmimi, kollektivlə işləməyi bacaran, gülərüz, anlayışlı, hər şeyi olduğu kimi qəbul edən biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Ən böyük dəstəkçim həyat yoldaşımdır. Gərgin iş rejimində işləməyimə baxmayaraq, mənə həmişə öz dəyərli məsləhətlərini verir.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhətim odur ki, məqsədləri olsun. İnsanın bir işə məqsədi olanda ona nail olur. Daima öz bilik və bacarıqlarını artırsınlar. Heç bir işi yarımçıq qoymasınlar
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikiri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu qədər insanın sevgisini, rəğbətini və hörmətini qazanacam. Tələbələrimin sevgisi məni güclü, işimə daha da həvəsli edir.
Instagram:komputer_tibb_kurslari
Elaqə nömrəsi- (051) 425-45-44