Mediator Ayaz Süleymanov: "Vətəndaşların məmnunluğu üçün əlimizdən gələni etmək əsas iş prinsipimzidir"
- Ayaz müəllim, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim ailəmdə hüquq sahəsində çalışanlar olub. Bu sahəyə marağım ondan yaranıb. 2008-ci ildən etibarən bu sahədə çalışıram. Binəqədi rayon məhkəməsində məsləhətçi, məhkəmə iclası katibi vəzifəsində çalışmışam. Müəyyən müddət orada çalışdıqdan sonra məhkəmə sistemindən ayrılıb 2011-ci ildə öz şəxsi şirkətimi qurmuşam. Vətəndaşlara mülki və cinayət üzrə xidmət göstərmişik. Bir müddət sonra isə həmin şirkəti bağladıq və yeni şirkət yaratdıq. Bundan əlavə, 2022-ci ildən etibarən mediator kimi fəaliyyət göstərirəm. Səkkiz saylı mediasiya təşkilatının üzvüyəm.
- Ümumi olaraq artıq neçə ildir ki, bu sahədəsiniz?
- On beş ildir ki, hüquq sahəsində fəaliyyət göstərirəm.
- Bu on beş il ərzində nə müşahidə etdiniz?
- Vətəndaşların öz hüquqlarını çox az bilməsini müşahidə etdim. Biz isə bacardığımız qədər vətəndaşlara hüquqi yardım göstərməyə və onları maarifləndirməyə çalışırıq.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox boşanmalarla bağlı müraciətlər olur. Bunun da fonunda cütlüklərin bir-birini vaxtında tanımaması və kənar müdaxilələrin olması dayanır. Bir də ki, bu məsələdə sosial vəziyyətin də rolu az deyil.
- Mediasiya bu gün bizim cəmiyyətə nə dərəcədə lazımdır?
- Mediasiya Avropada geniş yayılıb. Mediasiya vasitəsilə vətəndaşlar məhkəmələrdə və müəyyən dövlət qurumlarında qısa zaman kəsiyində edə bilməyəcəkləri məsələləri həll edə bilirlər. Mədiatorun da rolu tərəflər arasında vasitəçilik etmək və ortaq bir yolu tapmaqdır. Bir sözlə, mediatorun vəzifəsi müəyyən mübahisələrin həllini məhkəməyə qədər tapmaqdan ibarətdir.
- İş prinsipiniz nədən ibarətdir?
- Vətəndaşların məmnun qalamsı üçün əlimizdən gələni etmək əsas iş prinsipimzidir.
- Xarakter olaraq necə birisiniz?
- Ailəcanlı və tələbkar bir insanam.
- Yaxşı hüquqşünas olmaq üçün birinci növbədə nə lazımdır?
- İlkin nəzəriyyəni bilməliyik və praktikamız yaxşı olmalıdır. Çünki elə hüquqi hadisələr olur ki, o hadisələr nəzəriyyədə olmur. Onu ancaq praktikada görürük və praktika əsasında əsaslandırırıq.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhətim odur ki, öz hüquqlarını bilsinlər və ən azından hüquqlarının pozlulduğunu görürlərsə, hüquqşünasa müraciət etsinlər.
- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamalyın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, vətəndaşlara hüquqi yardım göstərib, mediator olacağam.
Əlaqə nömrəsi: (050) 277 77 29