Kosmetoloq-estet Ella Babayeva: "Dəriyə düzgün qulluq etmək çox vacibdir"
- Ella xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Kosmetologiyaya daim marağım olub. Özümə qulluqla başladım.
Sonra qohumlarım və dostlarım kosmetoloji prosedurlar üçün mənə müraciət edirdilər. Mən təlimlərə və peşəkar inkişafa başladım. Təhsilimə və peşəkarlığıma çox vaxt sərf etmişəm. Dünyanın ən yaxşı mütəxəssisləri mənə təlim keçiblər.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2010-cu ildən bu peşədəyəm, artıq 13 ildir ki, bacarıqlarımı təkmilləşdirməyə davam edirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Massaj və üz baxımları vasitəsi ilə təbii üz cavanlaşdırma prosedurlarını edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar daha çox “Mioliftinq” proseduru ilə bağlı müraciətlər olunur.
- Bir kosmetoloq olaraq nəyə "yox", deyirsiniz?
- İnyeksiya və aparat prosedurlarına qarşı deyiləm və bu prosedurları yerinə yetirən mütəxəssislərə hörmət edirəm, lakin şəxsən mən daha çox dəriyə təbii qulluq prosedurlarına üstünlük verirəm. Onlarla pasiyentlərə bəyəndikləri effekti əldə edirəm.
- Xarakter olaraq necə birisiniz?
- Özümü yaxşı ana, yaxşı insan kimi təsvir edə bilərəm.
Amma bir mütəxəssis kimi məni pasiyentlərim səciyyələndirə bilər.
- Ailəllisinizmi?
-Bəli, ailəliyəm. Üç övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Gəncliyinizə qayğı göstərin. Bilin ki, təkcə 20 yaşında deyil, 40 və 50 yaşında da gənc görünə bilərsiniz. Dəriyə düzgün qulluq etmək və mütəxəssislərlə əlaqə saxlamaq vacibdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Pandemiya zamanı Denis Demidovdan Mioliftinq massajını öyrənmək üçün belə unikal fürsət əldə edəcəyimi heç düşünməzdim. Öz sahəsinin peşəkarı olan Denis Demidov massaj aləmində mənim üçün yeni imkanlar açdı. Bu sahədə şüurumu genişləndirdim.
Denis mənim adımı kitabına, ən yaxşı tələbələri sırasına daxil etdi. Bu treninq sayəsində massajın həqiqətən dərini cavanlaşdırmaq üçün unikal qabiliyyəti olduğunu anladım.
Azərbaycanda keçirilən Massaj Çempionatında Mioliftinq massaj texnikası sayəsində ikinci yerə layiq görüldüm.
Hal-hazırda beynəlxalq tədbirlərdə davamlı şəkildə iştirak edirəm.
Əlaqə nömrəsi: (055) 646 57 27