Dietoloq Epigenetik coach Gültəkin İsmayılova: "Mənim üçün ən vacibi işimin keyfiyyətidir"
- Gültəkin xanım, necə oldu ki, dietoloq oldunuz?
- Uzun müddət idi artıq çəki ilə mübarizə aparırdım. Bəzən az, bəzən çox çəki atırdım. Çox zaman çəki geri qayıdırdı. Anladım ki, yanlışlıqlara yol verirəm. Öz üzərimdə işləməyə davam etdim və bunu daha savadlı etməyə qərar verdim. Ədəbiyyatlar oxuyurdum, xarici dietoloqlara, həkimlərə qulaq asırdım və gözəl nəticələr əldə etməyə başladım. Təcrübəm artdıqca yaxınlarımla da bölüşdüm. Onların da nəticələrinin müsbət olmasını görəndə özümə inamım artdı, insanlar mənə inandıqca, mənim bu məşğuliyyətimin sevimli sənətim olduğunu anladım. İlk öncə təhsilimi Academy Of Nutrition, Dietetics and Obesity Prevention, Kliniki dietologiya təlimlərinə qoşuldum, daha sonra Türkiyədən Epigenetik /Nutrigenetik Coach ,
Yaşam koçu, idmançı bəslənməsi, hamiləlikdə qidlanma və s. kurslara qatılaraq özümü inkişaf etdirməyə çalışdım. Bu sahədə təhsil aldım və bu gün sevdiyim sənəti daha da mükəmməlləşdirmək üçün öz üzərimdə işləməyə, biliklərimi artırmağa davam edirəm.
Hal-hazırda Atatürk Universitetinin Reabilitasiya bölümündə təhsilimi davam etdirirem. Artıq deyə bilərəm ki, sevdiyim sənətin sahibiyəm.
- Neçə ildir ki, bu sahədə çalışırsınız?
- Artıq 5 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Əslində tibbin bütün sahələri diyetologiyayla bağlıdır. Endokrinologiya, onkologiya ginokologiya, dermotologiya və s. Yəni, bir çox bu kimi xəstəlikdən əziyyət çəkənlər də mütləq klinik diyetoloqla təmasda olmalıdır, amma əfsuslar olsun ki, insanlar hələ bir o qədər mariflənməyib . Buna görə də bir çox hallarda mənə çəki atmaq və ya almaq üçün müraciət edirlər.
-Bir dieytoloq/nutrisioloq olaraq nəyə "yox" deyirsiniz?
- İşimlə bağlı olaraq artıq çəkilərə "yox" deyirəm!.. Diyetoloqla pasientin arasında yalana "yox" deyirəm!..- Hər kəs öz pulunu halallıqla qazanmalıdır!
- Xarakter olaraq necə birisiniz?
- İşini sevən, işində cox ciddi və məsuliyyətli, ən əsası da insanları sevib dinləyib, dəyər verən biri olduğumu düşünürəm. Hər kəslə yola getməyi bacarıram. Səbirlə çalışaraq pasiyentlərimi həvəsləndirməyə və motivasiya etməyə çalışıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki öğlum var. Mənim ən böyük dəstəkçim həyat yoldaşımdır. Mənə dəstək olması və anlayışı gərgin işimdə mənə böyük dəstək olur. Evlilik mənim həyatımda vacib balanslaşdırıcı amildir.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, sırf arıqlamağı deyil, sağlamlıqlarını da düşünsünlər. Yəni ki, sağlam arıqlamağa üstünlük versinlər. Bir də ki, öz gözəlliklərinin və sağlamlıqlarının qeydinə qalsınlar. Hər zaman baxımlı olsunlar. Bunun üçün də yalnız mütəxəssislərə müraciət etsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikiri özunuz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər çox sevilərəm. Pasiyentlərimin mənə "xilaskar" olaraq baxmaqları mənə sevinc verir. Onların hər uğuru mənim ən böyük sevincimdir. Onlar sağlamlıqlarına qovuşduqca mən çox sevinirəm və bu sənəti seçdiyim üçün şərəf duyuram.
Əlaqə nömrəsi: (050) 425 37 78
İnstaqram :dietoloq.gultekin
İş yeri: andop_medcenter