Şüuraltı terapist, yaşam koçu Sevda Kazımova: "Hər şey bizim düşüncələrimizdə başlayır"
- Sevda xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- İlk öncə sosial şəbəkələrdə "Şüuraltı" ilə bağlı mövzular diqqətimi çəkməyə başladı. Araşdırmalar etməyə başladım və şüuraltının gücü ilə həyatımızı istədiyimiz kimi yönləndirə biləcəyimizi öyrəndim. Maraqlı mövzular idi. Artıq dayanmaq istəmədən dahada dərindən öyrənmək istəyirdim.Təlimlər almağa başladım. Və ətrafımda, yaxınlarıma, rəfiqələrimə sranslar tətbiq etməyə başladım. Nəticələr möhtəşəm oldu. Hər kəs çox gözəl geri dönüşlər edirdi. Bu da məni çox sevindirdi. O an artıq qərarımı verdim, insanlara kömək etməliyəm....
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- 2 ildən çoxdur. Online seanslar edirdim. Sonra qərara gəldim ki, hər yerdə bu çür mərkəzlər var, niyə Naxçıvan şəhərində olmasın. 2023- cü ildə Terapiya mərkəzi açdım və artıq 7 aydır ki, mərkəzimiz Naxçıvan şəhərində fəaliyyət göstərir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Thetahealing seansları edirəm, insanların həyatında pozitiv dəyişikliklər edirəm seanslarla.
Access bars seansları edirəm və möhtəşəm nəticələr alırıq.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Özgüvənlə bağlı müraciət edirlər. Özlərini sevmirlər, dəyər vermirlər. Bu mövzularla müraciət daha çox olur.
- Bir mütəxəssis olaraq nəyə yox deyirsiniz?
- "Mən bacarmaram" deyənlərə qətiyyətlə" yox" deyirəm. Çünki həyatda insanoğlunun bacarmayacağı bir şey yoxdu.
- Xarakter olaraq nəcə birisiniz?
- Səbirli, hər kəslə anlaşan.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Onu deymək istəyərəm ki, hər şey bizim düşüncələrimizdə başlayır və bitir. Yaxşı düşünsünlər ki, həyatlarıda yaxşı olsun. Onları incidən, qıran hər kəsi bağışlasınlar.
Və mümkün qədər özlərinə vaxt ayırıb mütəxxəssislərdən dəstək alsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu qədər insanın həyatına toxunuşlar edib, onların sevgisin, güvənin qazanaram.
Əlaqə nömrəsi: (70) 754 62 96