Duyu bütünləmə mütəxəssisi İsmayılova Vüsalə Hidayət qızı: "
- Vüsalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlara olan sevgimdən. Hər zaman uşaqlarla işləmişəm. İbtidai sinif müəlliməsi olmuşam, işləmişəm. Sonra fikirlərim dəyişdi, uşaqların sağlamlığı ilə marağlandım və müalicəvi uşaq massajını oxudum,tətbiq elədim. Daha sonra duyu bütünləmə kursunu oxudum və işləməyə başladım. Bütün uşaqları olduqları kimi sevməyi bacarıram.
- Neçə ildir ki, bu sahədə çalışırsınız?
- Artıq iki ilə yaxındır ki,duyu bütünleme mütəxəssisi üzrə çalışıram və davam etdirməyi düşünürəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İnkişaf geriliyi olan uşaqlarda duyğu sistemi ilə bağlı problemlər olur. Belə uşaqlarda adına reaksiya zəif, hipperaktivlik, diqqət əksikliyi,hərəkət koordinasiyasının zəifliyi, bədən fərqindəliyinin yuxarı və aşağı həssaslığı və s. olur. Müxtəlif oyunlar, texnikalar, metodlar , əşyalar vasitəsi ilə inkişaf geriliyi olan uşalqarı normal inkişaf səviyyəsinə gətirmək olur.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox hipperaktivlik , diqqət əksikliyi, nitq problemi ilə bağlı müraciətlər olur. Valideynlərə müraciətim uşaqları ilə daha çox vaxt keçirtməyi, onları dinləməyi,müşahidə etməyi, sevgi göstərməyi, telefon, planşet əvəzinə onları uşaq meydançasına aparmağı məsləhət görürəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Məsuliyyətsizliyə "yox" deyirəm. Uşaqlarınızın sağlam böyüməsinə diqqət edin!
- Xarakter olaraq bəs necə birisisiniz?
- Təvözakar, mehriban, yumuşaq, səbrli, sevgi dolu, qayğıkeş, gülərüz, tələbkar, məsuliyyətli, istiqanlı, düzgünlüyü sevən, anlayışlı, sakit təbiətli,ciddi bir insanam.
- Ailəlisinizimi?
- Ailəliyəm. İki qızım var. Böyük qızım Rəssamlıq Akademiyasına qəbul oldu. Dizaynerlik fakültəsini seçdi. Kiçik qızım isə səkkizinci sinif şagirdi olacaq. Müəllim ailəsində olmuşam. Hər zaman təlim-tərbiyə, biliklə məşğul olmuşam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxucularıma təşəkkür edirəm. Ən qiymətli zamanınızı ayırdınız. Bu yol böyük səbrdən, dözümdən keçir. İnamla, ümidlə hərəkət etmək lazımdır. Hər şeydən öncə sevgiylə, şəfqətlə irəliləyirik. Uğurlar!
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,... Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, təlim bu qədər faydalı olacaq.
Əlaqə nömrəsi: (050) 405 87 55