Şüuraltı terapist Fidan İbrahimli: "Yüksək nəticələr əldə edəcəyimə inanırdım"
- Fidan xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə gəlməyim öz həyatımla bağlı oldu. Həyatımın müəyyən dönəmlərində çətin anlar yaşadım. Bir gün bacım mənə süuraltına aid bir kitab məsləhət gördü. Onu oxudum və bu sahə mənə çox maraqlı gəldi. Kitabı oxuduqdan sonra həyatımda yaxşılığa doğru bir çox dəyişiklik oldu. Üç gün sonra işə girdim. Özümü yaxşı hiss etməyə başladım. Daha sonra həyatımın bir dönəmində şəfaçı olduğumu oyrəndim. Bu elm barədə daha çox kitablar oxumağa, mütəxəssislərdən təlimlər almağa, məlumatlar toplamağa və bildiklərimi insanlara aşılamağa, onlara tətbiq etməyə başladım. Bələliklə, bu sahəyə gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq bir ildən çoxdur ki, bu sahə üzrə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Biz müxtəlif seans və texnikalarla insanların şüuraltındakı neqativ enerjiləri dəyisdirib, şəfalandırırıq. İnsanların mənfi aurasını şəfalandırırıq. Bu neqativ düşüncələrin də əksəriyyəti usaqlıq travmaları ilə bağlı olur. Bundan başqa, beynin müxtəlif bölgələrində yerləşən çakralar da həyatımızda böyük rol oynayır. Çakraların şəfalanmasını və açılmasını da təmin edirik.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox travmalar və sevgi münasibətləri ilə bağlı müraciətlər olur. Bunun da kökündə ailə bağları, ata-ana ilə münasibətlərin hansı formada olması dayanır.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənə müraciət edənlərin şəfa tapmağı və hər birinin məndən razı getməsi üçün əlimdən gələni etmək əsas iş prinsipimdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Hisslərimizi "basdırmağ"a və insanları günahlandırmağa "yox" deyirəm. Çünki qarşımıza çıxan insanların və hadisələrin səbəbkarı özümüzük.
- Xarakter olaraq necə birisiniz?
- İnsansevərəm. Hər kəslə yola getməyi bacarıram.
- Ailəlisinzmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Öz travmarını görməməzlikdən gəlməsinlər. Onlar üzərlərində işləsinlər. Bütün sualların cavabı onların daxilindədir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Əslində yüksək nəticələr əldə edəcəyimi bilirdim. Amma her seənasdan sonra insanların bu qədər xoşbəxt olub sevinəcəyi ağlıma gəlməzdi.
Instagram: fidan.ibragimli