Cərrah-oftalmoloq Samira Sadr: "Pasiyentin xeyrini hər şeydən üstün tutmuşam"
- Samira xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlıqdan tibb sahəsinə, insanlara köməklik etməyə, digər tərəfdən də incə işlərə böyük həvəsim olub və ona görə də bu sahəyə daxil olmuşam.
- Neçə ildir ki, bu sahədəsiniz?
- On beş ilə yaxındır ki, oftalmoloq peşəsi ilə, yeddi ilə yaxındır ki, okuloplastika və uşaq oftalmologiyası ilə uzman kimi məşğul oluram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən katarakta əməliyyatı, eynək əməliyyatı, gözyaşardıcı cərrahiyyə də daxil olmaqla göz əməliyyatları edirəm, amma blefaroplastika, qaş qaldırma, gözün deviasiyası əməliyyatlarını super ixtisaslaşdırılmış şəkildə edirəm.
- Son zamanlarda sizə daha nə ilə bağlı müraciətlər olur?
- Son illər pasiyentlerimin əksəriyyəti uşaqlardır, xüsusən də göz deviasiyası olan uşaqlar. Digər kateqoriyalar isə göz və qaş estetik əməliyyatına ehtiyacı olan böyüklərdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Allaha şükür edirəm ki, bir həkim olaraq hər zaman pasiyentin xeyrini hər şeydən üstün tutmuşam və maliyyə məsələsindən asılı olmayaraq çalışmışam və əgər cərrahi və ya qeyri-cərrahi əməliyyatın pasiyentin xeyrinə olmadığını hiss edirəmsə, bunun qarşısını mütləq alacaqlar. Məndən əməliyyat tələb edən çoxlu müştərilərim var, amma təcrübəmə əsasən əməliyyatın onların xeyrinə olmadığını başa düşsələr, cavabım mütləq yox olacaq.
- Xarakter olaraq necə birisiniz?
- Bu sualı məni tanıyanlara verməlisiniz, amma deyə bilərəm ki, yaxşı insanam (gülür).
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Bir oğlum, bir qızım var. Həyat yoldaşım da həkim və bacarıqlı neyrocərrahdır.
Əlaqə nömrəsi: (051) 544 24 47