Enerji mütəxəssisi Türkay Rəsullu: "İnsanların şəfasına vasitəçilik etdiyim üçün sevinc hissi duyuram"
- Türkay xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Əvvəlcə, bütün izləyiciləri salamlayıram. Bir insanın bir yeri ağrıyanda mən əlimi qoyduğum yer ağrımırdı. Anamın da bir onkoloji xalı var idi. Günlərin bir günü dedim ki, gəl, səni sınayaq. Əlimi çəkim, görək o xal gedəcək, ya yox? Hansı ki, həm tibb, həm də türkəçarə müalicələr alırdı. Əlimi çəkdim, həqiqətən o xal 2 günə artıq köklü-dibli yox idi. Və mənim özümün başım çox ağrıyırdı. Çox müalicələr alırdım. Bir gün yenə bir müalicə aldığım yerdə mütəxəssis məndən bir enerji hiss etdi. Mən də enerjinin nə olduğunu, təbii ki, bilmirdim. Xaricdən bir aparat vasitəsilə əlimdəki və enerji kanallarımdakı enerji dərəcəsini ölçdülər. 60 və ondan yuxarı olanlar Şəfaçı sayılır. Məndə isə 100-ü keçmişdi. Sonra mənə orda tezləşdirilmiş təlim verib, Enerji Akademiyasına yönləndirdilər. Və beləcə, yüzlərlə təlimlər alıb, enerji tibbini və sirlərini öyrəndim.
- Nəçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- Pandemiyadan əvvəl başlamışam. Ancaq rəsmi olaraq 3 ildir ki, klinikalarda fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Ruhsal, energetik, zehinlə bağlı problemlərin enerji ilə şəfasını həyata keçirdirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Bizim sahə alternativ tibb olduğu üçün tibbi müalicələr əsas şərt olmaqla yanaşı, hətta onkoloji xəstələr daha çox müraciət edir. Həmçinin, yuxu pozğunluğu, asılılıqlar, iflic xəstələri, depressiya, stress, münasibətlərində çətinlik çəkənlər, səbəbsiz ağrılar , bel ağrısı olanlar, skolyoz və s. problemlərlə də baglı müraciət edirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- İcazəsi olmadan birinə energetik təsir etməyə hər zaman "yox" deyirəm. Bir də tibbin qəbul etmədiyi problemə mən də, təbii ki, "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq deməyim düz çıxmaz. Mərhəmətli və özümü başqa insanın yerinə qoyub, onun nələr hiss etdiyini hiss edən birisiyəm. Və hətta pasiyentlər trans vəziyyətində ağlayarkən özümdən asılı olmadan gizlincə ağlayan biriyəm.
- Ailəlisinzmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hər insanın necə ki, fiziki cismi 3 ya, da 6 aydan bir müayinədən keçməlidir, həmçinin ruhsal təmizlik, enerji kanallarının da təmizliyi eynən önəm daşıyır. Çünki çakra dediyimiz enerji kanallarımız müəyyən təsirlərdən bloklananda biz xəstə oluruq, bağlananda isə ölürük. Ona görə də energetik təmizlik sağlam insana belə lazımdır ki, xəstəlik olacaqsa, qarşısı alınsın.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən Allahın köməyi ilə minlərlə insana, ümid, şəfa olacağım ağlıma gəlməzdi. Öz həyatım o qədər çətin keçib ki, ancaq özüm şəfa tapmaq istəyərkən özümlə bərabər minlərlə insanın şəfasına vasitəçilik etdiyim üçün sevinc hissi duyuram.
Əlaqə nömrəsi: (099) 727 97 99