İngilis-dili müəllimi, "Cambridge Education Center"in təsisçisi Yaqut Nuriyeva: "Bu işi bu qədər çox səvəcəyimi düşünməzdim"
- Yaqut xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən əslində hüquqşünas və ya jurnalist olmaq istəyirdim. Amma rəhmətlik atamın istəyi ilə müəllim oldum. İşlədikcə bu peşəni sevməyə başladım. Bu işin nə qədər vacib və məsuliyyətli bir iş olduğunu anladım. Yaxşı ki, müəllim olmuşam. İşimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 12 ildir ki, pedaqoq olaraq fəaliyyət göstərirəm. Qafqaz universitetində, müxtəlif tədris mərkəzlərində işləmişəm. Bir müddətdən sonra öz işimi qurmaq qərarına gəldim.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- "Cambridge English", IELTS, DUOLINGO, SAT kimi proqramlar üzrə işləyirəm. İllər ərzində qazandığım təcrübəyə əsaslanaraq, yaxşı nəticə verən proqramları bir araya toplayaraq tələbələrimə yüksək şəkildə dərsləri tədris edirəm.
- Hansı yaş qrupuna aid uşaqlara işləyirsiniz?
- Müxtəlif proqramlara əsasən müxtəlif yaş qrupuna aid uşaqlarla işləyirəm. Konkret yaş həddi yoxdur- 5-50 yaş aralığı tələbələrim olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən məsuliyyətli və punktual insanam. Bu məsuliyyəti və punktuallığı şagirdlərimdən də tələb edirəm.
- Xarakter olaraq necə birisiniz?
- Dürüstlüyə önəm verən insanam. Bizim təhsil sahəsində bəzən yalandan verilən vədlər məni çox məyus edir.
- Bir pedaqoq olaraq nəyə "yox" deyirsiniz?
- İndi dediyim kimi, marketinq xətrinə yalandan verilən vədlərə qəti surətdə "yox" deyirəm. Bəzən deyirlər ki, ingilis dilini bir aya öyrədirik. Bu, real məsələ deyil.
- Siz şagirdlər üzərində nəticələriniz necə müddətdən sonra əldə edirsiniz?
- Öyrənmə müddəti proqrama, tələbənin çalışqanlıq və öyrənmə sürətinə görə dəyişir. Əvvəlcə şagirdlər və ya tələbələr imtahan verirlər, onların bilik səviyyəsi təyin edilir və həmin səviyyədən başlayırıq. Proqram bitənə qədər müxtəlif kitablardan istifadə edirik. Şagirdlərin dil səviyyəsini qaldırmaqla yanaşı, onları imtahanlara da hazırlayırıq.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Uşaqlar nə qədər erkən yaşdan dil öyrənməyə başlasaq, bir o qədər yaxşıdır. Çünki azyaşlı uşaqlarda öyrənmə və götürmə qabiliyyəti də yaxşı olur. İngilis-dili indi qlobal bir dildir. Valideynlər uşaqlarının gələcəkləri üçün indidən bu dili onlara aşılamalıdırlar.
- Mən bu işi səçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Aglima gəlməzdi ki, bu işi bu qədər sevərəm. İnsanların həyatına toxuna bilmək, onları arzularına çatmağına kömək olmaq və bu sevinci onlarla bərabər yaşamaq işimin ən zövq verici tərəfidir.
Əlaqə nömrəsi: (055) 981 81 11