Networker-Mentor Lamiyə Həsənova: "Təlim və təhsilsiz bu işin görülməsinin əleyhinəyəm"
- Lamiyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Ekoloq təhsili almağıma baxmayaraq heç o sahədə çalışmağa marağım olmadı. Freelance iş sistemini sevdiyim üçün sərbəst biznesimi qurmağa qərar verdim.
Yüksək sərmayə ayırıb bu sektorun təlim və təhsilini aldım, professional olaraq işimin idarəçiliyini öyrəndim.
Həmçinin öyrəndiklərimi iş ortaqlarıma da sevərək öyrədib bir çox insanın həyatına toxunmağı bacardım, bir çox xanımların maddi sərbəstliyini təmin etməsinə dəstək oluram.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Dörd ilə yaxındır ki, bu sektorda çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Online olaraq bəynəlxalq biznesimi qurmuşam. Bu işi digər insanların da görməsi, yüksək qazanc əldə edə bilməsi üçün və Milyonluq prayektin distribitoru ola bilmələri üçün dəstək oluram. Şəxsən Mentorluq edib məqsədinizə uyğun plan və proqramlar hazırlayıram və sizinlə birgə yanınızda addımlayıram.
Bununla yanaşı hələ də özinkişafıma yatırım edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar ən çox müraciət olunan məsələ " satış edə bilmirəm, mən necə biznes qura bilərəm?"
Network Marketing dedikdə insanlar şirkətin məhsullarını əldən satış etmək olduğunu düşünürlər. Halbuki, bu sektorda sıfırdan Milyonçu olmaq mümkündür və bunu məhsul satışı ilə etmək olmaz deyə düşünsək, anlayarıq ki, burda başqa bir sistem qurulur. Bu sistemi mən sizə öyrədirəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- İşini bilən və bilməyən hər kəs bu gün Network etdiyini düşünür. Təlim və təhsilsiz bu işin görülməsinə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- İnsanlarla dil tapan,
necə maddi dəstək ola bilərəm düşüncəsi ilə problemlərini dinləməyi bacaran biriyəm.
Və daima özinkişafıma önəm verməyi, insanlara dəyər qatmağı sevirəm.
- Ailəlisinizmi?
- Ailəliyəm, bir oğlum var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hər hansı işi gördükdə, öncə o işin təlimini və təhsilini alın, öyrənin sonra işi görməyə başlayın. Çünki bilmədiyimiz hər işdə uğursuz olmaq qaçınılmazdır.
İşi mənimsəyin, doğru şirkət, doğru Mentor seçərək, məqsədli və planlı şəkildə işinizə start verin.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işə başlayarkən öz maddi tələbatımı qarşılamağı düşünürdüm. Amma heç ağlıma gəlməzdi ki, bir çox insanlara da stumul olub böyük işlər görəcəyik.
Səhnələrdə çıxış edib, xanımların idealına çevriləcəyəm.
Əlaqə nömrəsi: (055) 778 24 40