Pedaqoq motivator Zəhra Zamanova: "İnsanlara dəstək olmaq əsas iş prinsipimdir"
- Zəhra xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən pedaqoq və motivator kimi çalışıram . Əyani və onlayn seanslar keçirəm. "Viktoriya" təlim mərkəzinin təsisçi rəhbəriyəm. Hər zaman uğur qazanmaq üçün qarşıma böyük məqsəd və uğurlar qoyuram. Allahıma sonsuz şükürlər olsun, hər bir uğurumda yüksək nəticələr əldə edirəm. Uğurumun əsas səbəbkarları mənim valideynlərimdir. Çünki hər zaman motivasiya və dəstək Allah bütün valideynlərə can sağlığı versin.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Müəllim kimi artıq üç ildir fəaliyyət göstərirəm. Motivator və təlimçi kimi isə bir ildir fəaliyyətdəyəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- İsanların maariflənməsi üçün maraqlı təlim və seminarlar təşkil edirəm. Təlim və seminarlar da aktual mövzulara toxunulur. Çünki daha çox uşaqlarla məşğul olduğum üçün, məqsədim odur ki, valideynlər daha çox seminarlarımdan maariflənsin, yeni bilgilər əldə etsinlər.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox nitq qüsurlu uşaqlar müraciət edirlər. Və bir pedaqoq kimi primitiv metodlar təşkil edib gül balalarımıza kömək oluram.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim odur ki, hər zaman vurğuladığım kimi, insanlar daha çox maariflənsinlər. İnsanlara dəstək olmaq, müraciət etdiyi problemləri tez aradan qaldırmaqdır. Hər zaman hər bir işə başlayərkən, şüuraltımı müsbətə kökləyirəm. Hər zaman uğurun əldə edəcəyini düşünürəm.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Cahil insanlara, ədalətsizliyə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- İnsanları dinləyən, empatiya hissi quran biriyəm. Mülayim xarakterə malik insanam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hər zaman qarşılarına düzgün məqsəd və hədəf qoysunlar. Mənfi auralı insanları ətraflarından uzaqlaşdırsınlar. Hər kəs öz sahəsində keyfiyyətli mütəxəssis olub, ətrafdakılara işıq saçsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, öz sahəm üzrə daha çox uğur əldə edərəm. Şirin balalarımızın qəlbinə yol taparam.
Əlaqə nömrəsi: (050) 691 16 90