Loqoped-defektoloq Sevinc Hüseynova kəkələmədən danışdı
- Sevinc xanım, kəkələmə nədir?
- Kəkələmə nitqin ritminin və temporitminin pozulmasıdır. Nitqinin normal açılışının pozulması deməkdir. Bu zaman nitq partlayışlara müşahidə olunur. Yəni ki, danışan şəxs sözün əvvəlində, ortasında, axırında nitqini partlayışlı bir şəkildə ifadə edir.
- Hansı yaş qrupuna aid uşaqlarda daha cox müsahidə edilir?
- Əvvəl daha çox yeniyetmələrdə rast gəlinirdi. İndi isə istənilən yaş qrupuna aid insanlarda müşahidə etmək olar. Çünki kəkələmə qorxu, stress, təşvis ilə yaranan bir problemdir.
- Kəkələmənin əlamətləri hansılardır?
- Nəvrotik əlamətlərlə, tiklərlə (müxtəlif əl-qol hərəkətləri), nitqdə partlayışlarla, nitqdə çətinlikərlə, aqressivliklə və s. müşahidə oluna bilir.
- Bəs kəkələmə hansı üsullarla müalicə edilir?
- Daha çox nəfəs məşqlərindən istifadə edirik. Nəfəsin düzgün qaydada olması üçün çalışır. Çünki kəkələmə daha çox nəfəs problemdir. Daha dəqiq desək, nəfəslə səsin toqquşmasıdır. Nəfəsin düzgün alınıb-verilməsi üçün bəzən tütəkdən, bəzən şamdan və digər texnikalardan istifadə edirik. Bundan başqa, susma terapiyaları da tətbiq edirik. Burada daha çox kəkələmədən əziyyət çəkən şəxsin rahatlığı önəmlidir. Həmin şəxs rahat olmalıdır. Gərgin olduğu zaman bacardığı qədər danışmamalıdır.
- Nəticələrinizi neçə müddətdən sonra əldə edirsiniz?
- Pasieynt özü də məsuliyyətli davranarsa, müalicəmiz artıq üç-dörd seənasdan sonra öz təsirini göstərməyə başlayır. Lakin kəkələmə istənilən halda geri qayıdan problemdir. Kəkələmədən azad olan şəxs yaşından asılı olmayaraq özünü hər zaman qorumalıdır. Travma, stres və s. hallardan bacardığı qədər özünü gözləməlidir. Qorumadığı halda, kəkələmə geri qayıdır.
- Sonda bu mövzu ilə əlaqədar nə demek istəyirsiniz?
- Sonda demək istəyirəm ki, valideynlər öz övladlarını qoruslar. Övladlarının gözü qarşısında yoldaşları ilə mübahisə etməsinlər. Həddinən artıq yüksək səs tonu ilə uşaqlara qışqırmasınlar, yaşına aid olmayan ağır cəzalar tətbiq etməsinlər. Telefonda uşaqların baxdıqları videolara nəzarət etsinlər. Çünki uşağın yaşına aid olmayan filmlərin və aqressiya sərgiləyən cizgi filmlərini izləməsi kəkələmənin yaranmasına daha çox təsir edən amillərdəndir.
Əlaqə nömrəsi: (077) 322 78 08
Instagram: loqoped_sevinc_hüseynova._