Şüuraltı terapist Şəbnəm Mahmudlu: "Əsas çətinlik zehni susdurmaqdır"
- Şəbnəm xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlıqdan bəri mənim rəqabətim yüksək qiymətlər almaq yox, özünü inkişaf etmək, dünyagörüşünü artırmaq və əsil bilgilər öyrənmək olub. Təhsil aldığım ixtisas belə valideynlərimin istəyidir. Qısaca, bu sahə ilə tanış olana qədər bütün təhsili heç sayıram. Yoluma necə başladığımın əsas hekayəsini heç kəslə bölüşməmişəm və önümüzdəki uzun müddət ərzində də hələ zamanı olmadığını düşünürəm. Sadəcə deyə bilərəm ki, içimdə qapalı, travmalı, cəsarətsiz və daha çoxu olan bir qız var idi. Bu günümü həmin qıza borcluyam. Hansı ki, həmin qız öz potensialının fərqinə vardı və hərşey elə oradaca başladı. Yolum uzun, mən isə çox həvəsliyəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Bildiyiniz kimi, mən şüuraltı terapiya ilə məşğulam və bu terapiyanı ThetaHealing metodu ilə edirəm. Gələcək illər də terapiya metodlarım çoxşaxəli olacaqdır. Hal-hazırda bunun üçün çalışıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Xəstəlik və sevgi. Xəstəlik dedik də, Thetahealing dərin meditasiyadan istifadə edilən bir müalicə üsuludur. O, tibbi konsultasiyanı əvəz etmir və ona müdaxilə etmir. Sadəcə fiziki və ya emosional olaraq hər hansı bir sağalma prosesində sağalmağa və şəfalanmağa kömək edən bir üsuldur.
- Xarakter olaraq necə birisiniz?
- Məncə, bu sualın cavabın ətrafımdakılar daha yaxşı deyər. Mənə görə isə sevgi dolu və qoruyucu. Qısaca, Ana obrazı.
- Ailəlisinzimi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Olduğunuz vəziyyətdən aslı olmayaraq, gedəcəyiniz yola içinizdəki səs qərar versin. Əgər həqiqətən fərqli bir yerə getmək istəyirsinizsə, öz içinizə gedin. Çünki ruh hər zaman özünü necə şəfalandıracağını bilir. Əsas çətinlik zehni susdurmaqdır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər özəl, dəyərli ruhlarla qarşılaşaram.
Əlaqə nömrəsi: (050) 583 82 86