İlin ən gənc psixoloqu, kitab yazarı Nərmin Hümbətova:"Qısa zamanda bu qədər seviləcəyim ağlıma gəlməzdi"
- Nərmin xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Psixoloq, uşaq psixoloqu və təlimçi kimi çalışıram. Həm əyani, həm online seanslar, kurslar keçirəm. Nərmin nitq və psixologiya mərkəzinin rəhbəriyəm. Gənc yaşımdan bütün uğurlarımı əziyyət çəkərək qazanmışam. İşimi çox sevirəm. Məqsədim insanlara dəstək olub onların yanında olmaqdır və ən önəmlisi də bu sahədə mənim daima yanımda olan anama təşəkkür edirəm.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- İki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Uşaq psixologiyasi və ümumi psixologiya üzrə online və yaxud da əyani formada seanslar, kurslar keçirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ailədə problemlər, özgüvənsizlik, sevgisizlik, erkən nigah və s. məsələlərə bağlı daha çox müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Erkən nigaha "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Yardımsevər, insanlara hər zaman dəstək olan, insanları anlayan, qəlbitəmiz, hər kəsə hörmət edən və pozitiv biriyəm.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Özlərinə dəyər versinlər, özgüvənli olsunlar və özlərini çox sevsinlər. Yetər ki, istəyin! Unutmayın, istəyib edə bilməyəcəyimiz bir şey yoxdur. Biz istəsək, bacararıq. Yetər ki, özümüzə güvənib, özümüzə inanmalıyıq. Unutmayın, əsl möcüzə sizsiniz!
-Tələbələriniz varmı?
- Təbii ki, var. Bu illər ərzində bir çox tələbələrim olub. Mən bunu bacarmışam və onlarla qürur duyuram.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Qısa zaman kəsiyində bu qədər seviləcəyim və bu qədər uğur qzanacagim ağlıma gəlməzdi.
Əlaqə nömrəsi: (055) 315 20 07
İnstagram: @psixoloq.narmin.gence