Yaşam koçu Mailə Rzayeva: "İnsan arzu etdiklərindən da artığını yaşaya bilər"
- Mailə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həyatımın elə bir çətin dönəmi idi ki, özümə şəfa axtarırdım. Çünki illərlə paranormal hadisələr məni həm psixoloji və fiziki olaraq çökmüş vəziyyətə salmışdı. Bu sahəyə yönəldim seanslar aldım. Psixoloqlar, Yaşam koçlarından, terapistlərdən və Akademiyalardan təlimlər aldım və hələ də inkşafıma davam edirəm.
- Neçə müddətdir ki, bu sahədəsiniz?
- İki ilə yaxındır ki, bu sahədəyəm. Sahəm üzrə enerji seansları və numeroloji analizlər edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox qorxular və ətrafımdakı insanlar tərəfindən anlaşılmaq istəyirəm kimi mövzularla bağlı müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir çox valideynlərin övladımı azad böyüdürəm deyib əslində tam nəzarətsiz qoymasına ,bəzilərinində tam əksi olaraq tərbiyə edirəm adı altında öz istəklərinə uyğun uşaqların həddindən artıq basqı altında böyüdülməsinə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq hər kəslə yola getməyi bacarıram, amma daima neqativ düşüncəli insanları həyatımdan uzaq tuturam. Yenilikləri, əylənməyi, təbiəti və heyvanları sevən biriyəm.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhət görərdim ki, hər zaman həyatınıza yenilikər, yeni bilgilər, yeni təcrübələr qatın. Şəxsi inkşafınızı ailə vəziyyətinizdən və yaşınızdan asılı olmayaraq davam etdirin.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, özümə şəfa axtararkən başqa insanların da həyatına toxunuşlar etməklə möhtəşəmliklərə doğru dəyişməsində səbəb olacağam. Hər bir insan həyatında olmasını arzu etməklə qalmasın. Bilsin ki, arzu etdiklərindən də artığını yaşaya bilər.
Əlaqə nömrəsi: (050) 514 36 26