"Amigra" psixoloji reabilitasiya mərkəzinin rəhbəri Aysel Mehdiyeva: "Məqsədimiz insanların psixoloji sağlamlığını qorumaqdır"
- Aysel xanım, necə oldu ki, belə bir mərkəz açmaq qərarına gəldiniz?
- "Amigra" sadəcə bir düşüncə, fikir idi. Reallaşması üçün şərait yarandı. Biz də dəyərləndirdik.
Məqsədimiz insanların psixoloji sağlamlığını qorumaqdır.
- Hansı yaş qrupuna aid insanlar sizə müraciət edə bilər?
- Yaş məhdudiyyəti yoxdur. Hər bir kəs bizə müraciət edə bilər.
- Mərkəzdə hansı problemlərin həlli ilə məşğul olursunuz?
- Autizm, nitq geriliyi, davranış pozuntuları, aqressiya, depressiya və s. problemlərin həlli ilə məşğul oluruq.
- Mütəxəssis seçərkən nəyə diqqət edirsiniz?
- Biz yaxşı kollektiv formalaşdırmağı bacarmışıq. Bundan sonra da mərkəzimizə zaman-zaman işnin peşəkarı olan mütəxəssislər dəvət edəcəyik.
- Fərqliliyiniz nədədir?
- Mənə elə gəlir ki, bunu zaman göstərəcək (gülür).
- Hansı prinsiplə çalışırsınız?
- Bizim üçün ən vacib olan ədalətliliyin və birliyin təmin olunmasıdır.
- Gözləntiləriniz nədir?
- İnsanları maarifləndirmək və irəli getmək bizim ən qabaqcıl hədəflərimizdəndir.
- Bəs ödənişlər ortalama hansı qiymətədir?
- Qiymətlərimiz çox münasibdir. Qeyd edim ki, az təminatlı ailələrə güzəşt edirik. Şəhid ailələrinə isə təmənnasız xidmət göstəririk.
Əlaqə nömrəsi: (050) 796 69 78