"H BEAUTY STUDİO"nun rəhbəri Hicran Muxtarova: "Sağlamlığını bizlərin uğrunda itirən Qazilərimiz!!! Haqqınızı ödəyə bilmərik."
- Hicran xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim əsas ixtisasım ibtidai sinif muəllimliyidir. Ailə qurmamışdan öncə bir müddət bu sahədə fəaliyyət göstərmişəm. Sonra övladlarım olub, işləyə bilməmişəm. Amma o ərəfədə evdə uşaq hazırlayırdım. Hal-hazırda isə gözəllik mərkəzi işlədirəm. Bu gözəllik mərkəzini açmağımın səbəbi oldu. Hər zaman özümə baxan xanım olmuşam. Amma elə olub ki, istədiklərimi eyni salonda tapmırdım. Ona görə də, qərara gəldim ki, bütün sahələri bir salonda cəmləşdirim və ortaya keyfiyyətli bir iş qoyum.
- Neçə müddətdir ki, fəaliyyət göstərirsiniz?
- Artıq bir ildir ki, fəaliyyətdəyik.
- Mərkəzinizdə xanımlara hansı xidmətlər göstərilir?
- Mən əslində bu mərkəzi lazer adı ilə açmışdım. Sonradan isə xanımlara aid bütün sahələri buraya cəmləşdirdim. Hal-hazırda mərkəzimizdə lazeroloq, kosmetoloq, arıqlama prosedurları üzrə mütəxəssis, saç və dırnaq ustaları fəaliyyət göstərirlər.
- Sizin digər mərkəzlərdən fərqiniz nədədir?
- Biz xanımlar üçün hər bir şəraiti yaratmışıq. Mərkəzimizdə çalışan mütəxəssislərin hamısı da öz işinin peşəkarlarıdır. Məncə, əsas üstünlüyümüz bundadır.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət olunur?
- Daha çox saç, dırnaq, lazer və kosmetoloji prosedurlarla bağlı müraciət olunur. Qeyd edim ki, kosmetoloqumuz Mətanət Məmmədova və lazeroloq Sevinc Səmədova öz işlərinin peşəkarlarıdır.
- Mərkəzinizdə hansısa bir aksiyalar olurmu?
- Bəli, zaman-zaman müxtəlif aksiyalar və kampaniyalar edirik. Qeyd edim ki, mərkəzimizin açıldığı gündən Sumqayıt, Bakı və bölgələrdə yaşayan sakinlərin nəzərinə çatdırırıq ki, agər hansısa nişanına və ya toyuna hazırlaşan Qazi qardaşlarımızdan tanıdıqları varsa, mənimlə əlaqə saxlasınlar. Gəlinin toy günü mənim salonumda bəzənməsini (saç,dırnaq, üz-qaş ,vizaj ,kosmetoloji və lazer proseduru daxil olmaqla ) təmənnasız öz üzərimə götürürəm. Həmçinin də "Gəlin maşını", gəlinlik geyimi və bəylik geyimi ilə də toy günlərində təmin edəcəyik. Sağlamlığını bizlərin uğrunda itirən Qazilərimiz!!! Haqqınızı ödəyə bilmərik.
- Xarakter olaraq necə birisiniz?
- Dürüst biriyəm. Qarşıma qoyduğum məqsədə çatmaq üçün axıra qədər getməyi bacaran insanam.
- Ailəlisinzmi?
- Bəli, ailəliyəm.
- Bir mütəxəssisi olaraq nəyə "yox" deyirsiniz?
- Saxta, məsuliyyətsiz, xaraktersiz və pul xatirinə iş görən insanlara qəti surətdə "yox" deyirəm.
- İş prinsipiniz nədir?
- Gördüyüm işlər ilə hər kəsdən fərqlənmək və yüksək nəticə əldə etmək əsas iş prinsipimdir. Şükür ki, buna nail olmuşam.
- Xanımlara nə məsləhət görürsünüz?
- Biz hər zaman xanımların xidmətindəyik. Bizim mərkəzə buyursunlar, yüksək xidmətlərimizdən yararlansınlar. Hər zaman baxımlı və gözəl olsunlar.
Bir də qeyd edim ki, əziz xanımlar!
Siz də öz ayaqlarınız üzərində durmaq və hansısa bir peşəyə sahib olmaq istəyirsinizsə, mərkəzimizə müraciət edə bilərsiniz.
Lazer epilasiyasi kursu:
Nəzəri hissə
Praktiki hissə
Sərbəst işləmək
Kursu bitirənlərə beynəlxalq standartlı sertifikat veriləcək və işlə təmin olunacaq.
- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, xanımlarla işləmək bu qədər çətin olar.
Əlaqə nömrəsi: (070) 971 66 20