Psixoloq, EMDR terapevt Fidan Nəzirova: "İnsanlara doğru yardım etmək əsas iş prinsipimdir"
- Fidan xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həkim olmaq uşaqlıq arzum olub. Həyat ela gətirdi ki, seçim edəndə psixologiyanı seçdim. Çünki insanlara yardım etmək həvəsim hər zaman olub. Ona görə də, psixologiya sahəsini seçdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on dörd ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən həm uşaqlarla, həm yeniyetmələrlə, həm də böyüklərlə çalışıram. Seanslarımı müxtəlif tərapiyalara keçirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İnsanlara doğru yardım etmək və yaxşı nəticələr əldə etmək əsas iş prinsipimdir.
- Ümumiyyətlə, nəticələrinizi nəcə müddətdən sonra əldə edirsiniz?
- Minimum bir, maksimum on seansa nəticəni görmək mümkündür.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Uşaqlarda psixi inkişaf ləngiməsi, yeniyetmələrdə isə depressiya və davranış pozuntularına daha çox rast gəlirik. Böyüklərdə isə intihara meyillilik və depressiya çoxalıb.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- Bəzi insanlar var ki, bir seansa nəticə əldə etmək istəyirlər. Mən buna "yox" deyirəm.
- Yetirmələriniz varmı?
- Bəli, var.
- Xarakter olaraq necə birisiniz?
- Yardımsevər insanam. Amma səbrsizəm (gülür). Kompromisə gedənəm.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm. Bir qızım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Gözlənilmədən baş verən hadisələr çox olur. Həmin an vəziyyətdən çıxmağa çalışsınlar və dərhal nəqativə köklənməsinlər. Onda problemin öhdəsindən asanlıqla gələ biləcəklər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünü tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, hal-hazırda beş yerdə çalışacağam.
Əlaqə nömrəsi: (055) 899 31 38