Dieyetoloq, sağlam qidalanma üzrə mütəxəssis Qiymət Umarova: "İnsanlara sağlam, düzgün qidalanmanı öyrətmək əsas iş prinsipimdir"
- Qiymət xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə gəlməyimin əsas səbəbi özüməm. Artıq kilo problemi yaşadığımdan irəli gəldi və sonra düşündüm ki, mənim kimi minlərlə xanım var. Niyə də onlara kömək etməyim?
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 10 ildir ki, iş faliyyətim var.
- İş prinsipini nədən ibarətdir?
- İş prinsipim kilo problemi olan insanlara kömək etmək və insanlara sağlam, düzgün qidalanmanı öyrətməkdir.
- Öz sahənizə üzrə hansı işləri icra edirsiniz?
- Dieytoloq olaraq xəstə pasiyentlərə müalicəvi qidalanma tərtib edirəm. Hamilələrə, süd verən analara, mədə əməliyyatı keçirtmiş insanlara sağlam qidalanma praqramı tərtib edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Xanımlarımız daha çox artıq çəki problemi, hamiləlik və süd verən dönəmdə aldıqları çəki ilə bağlı müraciət edirlər.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq sakit, mehriban və gülərüz biriyəm .
- Ailəlisinzmi?
- Bəli, ailəliyəm. Üç qızım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- İnsanlara yalnış qidalanmalara "yox" deyərək səslənirəm.
Artiq kilolar zamanla sizin orqanizminizdə yaranacaq xəstəliklərdən xəbər verir. Qidanız dərman olmasın, dərmanınız sağlam qidalanma olsun!
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, insanların çoxu piylənmə ilə mübarizə aparır.
Instagram: @dyt.dietoloq_qiymət_umarova
Əlaqə nömrəsi: (051) 523 59 99