Ressam-Permanent master Gülnar Hüseynova: "Xanımların bu qədər sevgisini qazanacağım ağlıma gəlməzdi"
- Gülnar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə gəlməyim təsadüfən oldu. Özümə qaş çəkdirməyə getmişdim. Oradan çıxandan sonra düşündüm ki, bunu mən də bacararam. Çünki uşaqlıqdan rəssamlıq qabiliyyətim olub. Beləliklə, qərara gəldim ki, bu sahəyə gəlim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəni üzrə hansı işləri icra edirsiniz?
- Mən permanent masterəm. İşim qaş düzəltməkdir. Onu da deyim ki, digər ustalardan fərqli olaraq mən eyni gündə həm qaşlari silə, həm də yenisini çəkə bilirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox korlanmış qaşların bərpası ilə bağlı müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Yalana və fotomontaja qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Dürüst, səmimi və istiqanlı biriyəm.
- Tələbələrimiz varmı?
- Bəli, tələbələrin çox olub.
- Sizin həm də "Gülacademy" adında gözəllik mərkəziniz var. Bu mərkəzi necə yaratdınız?
- Mən bayaq da qeyd etdim ki, mənim rəssamlıq bacarığım var. Bu mərkəzi açanda atelye kimi açmışdım. Sonradan isə gözəllik mərkəzi oldu. Artıq 13 ildir ki, fəaliyyətdəyik.
- Mərkəzinizda hansı xidmətlər göstərilir?
- Bizim mərkəzdə dırnaq ustası, saç ustası, lazer ustası və s. xidmətlər var.
- Bu sahədə gormək istədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?
- Bir çox ustalar var ki, mənim profilimə başqa-başqa adlarla mənfi fikirlər yazırlar. Amma mən onlara heç nə demirəm. Əksinə təşəkkür edirəm
- Xanımlara nə məsləhət görürsünüz?
- Özlərinə fikir versinlər. Hər zaman baxımlı olsunlar.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, xanımların bu qədər sevgisini qazanaram.
Əlaqə nömrəsi: (050) 540 21 05
(010) 319 21 05