"Diana Education Center"in rəhbəri Aynur Mirzəyeva: "Hazırlaşdırdığımız şagirdlərin nəticələri çox yüksəkdir"
- Aynur xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim uşaqlıqdan müəllimliyə çox böyük həvəsim olub. Anam da, atam da müəllim olub. Biz bu sahəni çox sevmişik. Anam Şuşada anadan olub. Müharibə dövründə işçi qüvvəsi çox az olduğuna görə, anam gənc yaşlarından işləməyə başlayıb və hətta yaşlı adamlara da dərs deyib. Deməyim odur ki, bu sahəyə marağım yəqin ki, atamdan və anamdan keçib. Mən özüm də Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdum. Oradan da müəllimliyi seçdim və Bərdə şəhəri iki nömrəli orta məktəbdə fəaliyyətə başladım. Ne yaxşi ki, müəllim olmuşam. İşimi çox sevirəm və pəşəmlə qürur duyuram.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 30 ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Qeyd edim ki, dərs dediyim şagirdlərinin əksəriyyəti olimpiyadalarda yüksək nəticələr əldə ediblər. Özüm də ilin müəllimi adına layiq görülmüşəm.
- Necə oldu ki, online təhsil mərkəzi yaratmaq qərarına gəldiniz?
- Bizim təhsil mərkəzinin adı "Diana education centr"dir. Diana İngiltərə şahzadəsi olub. Ömrünün çox hissəsini insanlara yardım etməklə keçirdib. Biz də istədik ki, evdə olan, çölə əlləri çatmayan, amma təhsil almaq istəyən uşaqlara dəstək olaq. Ona görə də belə bir mərkəz yaratmaq qərarına gəldik. Qeyd edim ki, bizim çox gözəl kollektivimiz var. Dərslər peşəkar və təcrübəli müəllimlər tərəfindən tədris olunur. Şükür ki, hazırlaşdırdığımız şagirdlərin nəticələri də çox yüksəkdir və göz qabağındadır.
- Mərkəzinizdə şagirdlərə hansı xidmətlər göstərilir?
- Bizim mərkəzdə ibtidai sinifdən başlayaraq on birinci sinifə qədər bütün fənlər üzrə dərslər tədris edilir. Bundan başqa, müəllimlərin imtahanı üçün, dövlət qulluğu üçün proqramlar keçilir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox xarici dillər, riyaziyyat fənni ilə bağlı müraciətlər olur. Amma müraciət edənlərin arasında dövlət qulluğuna hazırlaşanların və abituriyentlərin də sayı üstünlük təşkil edir
- Xarakter olaraq necə birisiniz?
- Pozitiv biriyəm. Məsuliyyətli və disiplinli insananam. Uşaqları çox sevirəm.
- Ailəlisinzmi?
- Bəli, ailəliyəm. Üç qızım var.
- Bir mütəxəssisi olaraq nəyə "yox" deyirsiniz?
- Təəssüf hissi ilə demək istəyirəm ki, təhsilimizin səviyyəsi indi əvvəlki dövrə nisbətən çox aşağıdır. Bir də onu qeyd edim ki, məktəbdə dərslər yüksək səviyyədə kecilmir. Belə hallar məni çox narahat edir və bu hallara qətiyyətlə "yox" deyirəm.
Əlaqə nömrəsi: (051) 466 05 50