Kosmetoloq Cəmilə Soltanlı: "Süni dolgularla qəti surətdə "yox" deyirəm"
- Cəmilə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bir həkim-kosmetoloqun yanına getmişdim. O mənə üz dərimin gözəl olduğunu və məndən yaxşı kosmetoloq ola biləcəyini dedi. Bu sahəyə marağım, sevgim oradan başladı. Beləliklə, bu sahəyə gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq dörd ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizə aid hansı prosedurları icra edirsiniz?
- Kosmetologiyaya aid bütün prosedurları icra edirəm. Heç bir istisna yoxdur.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox botoks və dolgularla bağlı müraciətlər olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Gördüyüm işin yüksək nəticəsini almaq üçün əlimdən gələni etməyə çalışıram.
- Sizcə, bir xanımın simasında ilk növbədə nə gözəl olmalıdır?
- Mənim fikrimcə, qaş və göz önəmli rol oynayır.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Süni dolğulara qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Sadə və ürəyiyumuşaq biriyəm. Hər kəslə dil tapmağı bacaran insanam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Tələbələriniz varmı?
- Bəli, hazırda bir tələbəm var.
- Xanımlara nə məsləhət görürsünüz?
- Özlərinə baxsınlar. Hər zaman gözəl görünsünlər və kosmetoloqa vaxtında müraciət etsinlər.
Əlaqə nömrəsi: (055) 271 69 29