Kolorist Ülkər Kara: "Müştərilərə "pul kisəsi" kimi baxmıram"
- Ülkər xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə marağım uşaqlıqdan olub. Qohum-aqrabanı həmişə mən bəzəyərdim. Özü həm də öz saçımı düzəldərdim. Bir gün məşhur bir saç ustasının yanına getdim. Soruşdu ki, saçını kim düzəldib? Dedim ki, özüm. Dedi ki, sən artıq peşakar ustadan. Qal, yanımızda işlə. O zaman uşaqlarım balaca idi. İşləməyim alınmadı. Uşaqlar böyüdükdən sonra qərar verdim ki, bu sahəyə gəlim və işləyim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq altı ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən daha çox kolorist kimi işləyirəm. Saç rənglənməsi, keratin, saç baxımı və s. işlər icra edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Düzgünlüyü çox sevirəm. Pula görə müştərini qəbul etmirəm. Bir sözlə, müştərilərə "pul kisəsi" kimi baxmıram.
- Xarakter olaraq necə birisiniz?
- Dəqiq və konkret insanam. Bəzən isə sərt oluram (gülür).
- Ailəlisinzmi?
- Bəli, ailəliyəm. Əkiz övladım var.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- İki proseduru eyni anda, üst-üstə etməyə qəti surətdə "yox" deyirəm.
- Saç bir xanım üçün nə dərəcədə önəmli rol oynayır?
- Evin bəzəyi pərdədirsə, xanıma da gözəllik verən onun saçıdır. Xanımın saçı hansı gün gözəl olarsa, həmin gün özünü bir o qədər xoşbəxt hiss edir.
- Saça necə düzgün qulluq edilməlidir?
- Salona gələ bilməyən xanımlar heç olmasa ev şəraitində maskalardan istifadə etməlidirlər ki, saçda qırılma və qompalar olmasın.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, şaclarına vaxtında qulluq etsinlər və vaxtaşırı peşəkar ustalara müraciət etsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən çox ünsiyyətcil və mehriban insanam. Amma ağlıma gəlməzdi ki, bəzi xanımlar məni hövsələdən çıxardar və mən onlarla ilə kobud rəftar etməyə məcbur olaram.
Əlaqə nömrəsi: (055) 581 06 16