Life coach Alya İsmayılova: "Ağlıma gələn fikirləri həyatımda reallaşdırmağı bacarıram"
- Alya xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlıqdan paranormal, qeyri- təbii hadisələr, fövqəlbəsər varlıqlar, mistika, kainatın sirləri maraq dairəm olub. Ruhumun axtarışları məni bu sahəyə gətirib çıxardıb.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2015-ci ildən etibarən bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı isləri icra edirsiniz?
- Öz sahəm üzrə daim özümü təkmilləşdirmək üçün təlimlər alıram. Seminarlar, maarifləndirici görüşlər keçirirəm və bacardığım qədər insanlara fayda verməyə çalışıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda olunan müraciətlər ailə münasibətləri və maddi problemlər üzrə olub.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Hələ ki, yox deyəcəyim vəziyyət olmayıb, amma düşünürəm ki, ağır psixiatrik xəstələrə "yox" deyə bilərəm. Yəni ki, vəziyyətdən asılıdır.
- Xarakter olaraq necə birisiniz?
- Tələbkar və disiplinli biriyəm.
- Ailəlisinzmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Heç vaxt, heç nə üçün gec deyil. Özlərini təkmilləşdirib, ən mükəmməl versiyalarını hər zaman yarada bilərlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, deyə bir fikrim yoxdur. Çünki ağlıma gələn fikirləri həyatımda reallaşdırmağı bacarıram. Sadəcə həyata keçmə müddətlərində fərq var.
Instagram: @lifecoachalya
Əlaqə nömrəsi: (070) 384 34 28