İş xanımı Ləman İsmayılova: "Dürüst işləmək əsas iş prinsipimdir"
- Ləman xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə marağım hər zaman olub. Həmişə özümü idarəçi kimi görmüşəm. Ona görə də bu sahəni seçdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Rəhbəri olduğunuz mərkəzdə hansı xidmətlər göstərilir?
- Bizdə kosmetoloji, bədənşəkilləndirmə və lazer xidmətləri mövcuddur.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən vacib olan gördüyümüz işin nəticəsini almaqdır. Bir də ki, dürüst işləmək əsas iş prinsipimizdir.
- Nəyə "yox", deyirsiniz?
- İnsafsız davranışlara və müştəriləri aldatmağa qəti surətdə "yox", deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Mən düzgünlük tərəfdarıyam. Ədalət prinsipini qoruyuram.
- Xanımlara nə məsləhət görürsünüz?
- Xanımlara demək istəyirəm ki, bizim mərkəzdə xidmətlər həm sərfəli, həm də keyfiyyətlidir. Buyurub gələ bilərlər. Xidmətlərimizdən yararlana bilərlər. Hər zaman onların xidmətindəyik.
Əlaqə nömrəsi: (055) 830 50 02