Psixoloq Aysel Mehdiyeva:"Ədalətli olmaq və gizliliyi qorumaq əsas iş prinsipimdir"
- Aysel xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- İlk istəyim hüquqşünas olmaq olub. Amma təsadüf nəticəsində psixologiyanı yazdım. Hazırda magistr təhsili alıram. Həm də fəaliyyət göstərirəm.
- Neçə ildir bu sahədəsiniz?
- Artıq dörd ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən fəaliyyətimə məktəbdən başlamışam. Uşaqlara işləmişəm. İndi isə daha çox böyüklərlə və yeniyetmələrlə çalışıram.
- İs prinsipiniz nədən ibarətdir?
- Düzgün, ədalətli olmaq və gizliliyi qorumaq əsas iş prinsipimdir.
- Son zamanlarda daha çox hansı problemləri müşahidə edirsiniz?
- Daha çox uşaqlıq travmalarını müşahidə edirik. Son zamanlarda ailədaxili problemlərlə bağlı müraciətlər çox olur. Amma insanlar bunun uşaqlıq travmalarından irəli gəldiyini bir o qədər də dərk etmirlər. Biz onu seans zamanı təyin edirik.
- Xarakter olaraq necə birisiniz?
- Ünsiyyətcil və mülayim biriyəm. Amma yeri gələndə sərt də ola bilirəm.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Qadınların söz azadlığının əllərindən alınmasına və hansısa bir iş görmək istəyəndə onların qarşısının kəsilməsinə qəti surətdə "yox" deyirəm.
- Yetirmələriniz varmı?
- Bəli, bu sahəyə marağı olanların sayı gündən-günə artmaqdadır. Biz də öz biliyimizi ve təcrübəmizi onlarla bölüşməyə çalışırıq.
- Oxuculara nə məsləhət görərdiniz?
- Demək istəyirəm ki, sağlam psixologiyaya sahib olmaq istəyiriksə, ətrafımızı yaxşı seçməliyik və ətrafımızda olanları olduqları kimi qəbul etməliyik.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bir vaxtlar şeir səhifəmin adı hal-hazırda idarəedici olduğum mərkəzin adı olar.
Əlaqə nömrəsi: (070) 715 84 70