"Jam'Ali" bağçasının rəhbəri Aliyə Camal: "Qısa zamanda bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"
- Aliyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Rusiya Federasiyasında doğulmuşam. Ali məktəbi də bank sektoru üzrə bitirmişəm. Sonra Azərbaycana gəlmişəm. İkinci təhsilim isə müəllimlik olub
Buradakı tanışlarım mənə dedilər ki, rus dilini bilirsənsə, özəl bağçalarda birində müəllim kimi işləyə bilərsən. Ona əsasən bağçalardan birinə müraciət etdim və orada müəllim köməkçisi kimi fəaliyyətə başladım. Bir müddət sonra müəllim kimi işlədim, daha sonra isə baş müəllim oldum. Amma müəyyən narazılığım olduğuna görə, həmin bağçadan ayrıldım. Mən çıxan kimi mənim qrupundakı uşaqların valideynləri də öz uşaqlarını həmin bağçadan çıxartdılar və mənə dedilər ki, siz haraya getsəniz, uşaqlarımızı sizin yanınıza gətirəcəyik. Bu vəziyyəti görən müdriyyət məni yenidən işə dəvət etdi və müəyyən bir məvacib qarşılığında bir müddət orada işlədim. Bir müddət sonra oradan ayrılıb başqa bir bağçada işləməyə başladım. Sonra karantin vaxtı tanış bir xanımın bağçasında bir müəllimi əvəz elədim. Müəyyən müddət də orada fəaliyyət göstərdim. Bir gün həmin xanım mənə dedi ki, kursda bir otaq icarəyə verirəm. Yoldaşıma dedim, o isə etiraz etdi. Amma bacaracağımdan əmin idim. Beləliklə, həmin otağı icarə götürdüm. İşimi sosial şəbəkələrdə reklam etməyə başladım. İnandırım sizi, kimi aydan sonra həmin kursun pulu ilə özümə avtomobil də aldım. Rəhbərliklə müəyyən anlaşılmazlığa görə oradan uzaqlaşdım. Bacım Masazır qəsəbəsində yaşayır. Bir gün onlara qonaq gəlmişdim. Bu ərazidə münasib bir yer axtarırdım. Nəhayət ki, tapdım. Təmir etdirdim. Bir sözlə, açılışı da etdim. Əvvəlcə tədris mərkəzi və mini bağça kimi fəaliyyətə başladıq. Daha sonra isa yerimizi böyütdük və tam şəkildə fəaliyyətə başladıq. Hal-hazırda da işimizi sevə-sevə icra edirik və uşaqların xidmətindəyik.
- Nəçə ildir ki, bu sahədəsiniz?
- Artıq altı ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Bağçanıza hansı yaş qrupuna aid uşaqlar qəbul edilir?
- Bir yaşdan altı yaşa qədər uşaqları bağçaya qəbul edirik. Bundan başqa, bizdə məktəbəqədərlər də var. Şahmat, rəqs, gimnastika, ingilis-dili, rəsm dərnəklərimiz də fəaliyyət göstərir. Qeyd edim ki, şahmatla ingilis-dili dərnəyinə böyük yaş qrupuna aid insanları da qəbul edirik.
- Bağçanızda dərslər hansı dillərdə tədris edilir?
- İngilis və rus dillərində tədris aparılır.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən vacib olanı sağlam və güclü kollektiv formalaşdırmaqdır.
- Xarakter olaraq necə birisiniz?
- İddialı biriyəm. Hər kəslə dil tapmağı bacaran insanam.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Uşaqları hiperaktiv olan valideynlərə demək istəyirəm ki, onları sıxmasınlar. Onlara sərbəstlik versinlər. Onda onlar cəmiyyətə daha tez adaptasiya olacaqlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, qısa zaman kəsiyində bu qədər uğurlara imza atacağam.
Əlaqə nömrəsi: (051) 756 57 58