Access Bars tətbiqçisi, bioenerji terapiyası üzrə mütəxəssis Sevinc Mirzəyeva: "Həyatını dəyişmək istəyirsənsə, baxış bucağını dəyiş!"
- Sevinc xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahə ilə tanışlığım illər oncə olub. Övladımın sağlamlığında müəyyən problemləri aradan qaldırmaq üçün enerji terapiyası seansları aldıq. Sonra bu sahə marağımı çəkdi. Maraqlandım, araşdırdım və özümü tanıyandan verdiyim "Mən kiməm" sualına cavab tapdım. Son illər artıq təlimlər əl çatan oldu. Və məndə bildiklərimi artırmaq üçün müvafiq təlimlərə qatıldım. Bioenerji və Access Bars tətbiqçisiyəm.
- Neə ildir ki, bu sahədəsiniz?
- Dediyim kimi, illər öncədən enerji elmləri ilə maraqlanmışam. Ətrafımda olan yaxınlarıma yardım etmişəm. Amma 1 ilə yaxındır ki, təlim alıb, artıq profesional şəkildə daha çox insana terapiya seansları keçirirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Keçirdiyimiz seanslar zamanı, şəxsin özünün də bilmədən onda formalaşmış olan neqativ fikirlərdən, destruktiv inanclardan və bu faktorların yaratdığı sərhədlərdən, fəaliyyətində onu məhdudlaşdıran proqramılardan azad olması üzərində işləyirik. Və bundan əlavə sosial şəbəkələrdə öz sahəm üzrə müəyyən maarifləndirici məlumatlar paylaşıb bu biliklərin daha geniş kütləyə çatmasına, insanlarda fərqindəliyin artmasına çalışıram İstək olduqca bildiyim biliklərlə bölüşməyə səy göstərirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Əsasən seans əsnasında müəyyən blokların qırılması və baryerlərin aradan qalxması üçün iş aparırıq. Bu isə bir başa enerketik şəfalanma nəticəsində baş verir. Yani həyatımızda bir sahədə şəfalandıqda bu hər sahədə özünü biruzə verir.
- Bir mütəxəssisi olaraq nəyə "yox" deyirsiniz?
- Bir mütəxəssis kimi, fərqindəlikdə olmayan şəxslər ilə işləməyə "yox" deyirəm. Çünki çoxları bu biliklərin tam məğzini bilmədən, buna bir növ möcüzə kimi yanaşır və gözləntiləri də başqa olur. Bu isə belə işləmir. Həyatını dəyişmək istəyirsənsə, baxış bucağını dəyiş, yanaşmanı dəyiş. "Allahdan buyruq, ağzıma quyruq" olmur.
- Xarakter olaraq necə birisiniz?
- Xaraktercə sərt göründüyümə baxmayaraq urəyi yumuşaq biriyəm, mərhəmətliyəm, pozitivəm - hər olanın yaxşı tərəfini görməyə çalışıram, həyatı sevirəm - hər şeyə rəğmən.
- Ailəsinizmi?
- Ailəliyəm, 3 övlad anasıyam. Şükürlər olsun.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara məsləhətim odur ki, həyatı sevsinlər - bu təkamül etməmiz üçün Yaradanın bizə bir lütfüdür , hər zaman şükranlıqda olsunlar - o zaman daha çoxunu əldə edərlər, təslimiyyətdə olsunlar - Yaradan bizi sevir və bizə hər şeyin ən gözəl və xeyirli versiyasını nəsib edir. Bir də şərtsiz sevgi - hər yerdə TANRININ toxunuşunu görsünlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Düşündürücü sualdır... Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, insanlar bu qədər fərqli və bir o qədər də oxşardırlar. Getdiyimiz istiqamət eyni, getdiyimiz yollar fərqlidir və əgər bir neçə nəfərin yolu eyni olsa belə, bu yolda gördüyümüz mənzərələr tam fərqlidir.
Əlaqə nömrəsi: (050) 301 50 04