Fizioterapist (Manualterapiya) Məşuqə Quliyeva: "Pasiyentə yardım etmək, onun hörmətini qazanmaq əsas iş prinsipimdir"
- Məşuqə xanım, necə oldu ki, həkim olmaq qərarına gəldiniz?
- Bizim nəslimizdə demək olar ki, hamı təbib, loğman olub və xəstələrə bitkilərlə şəfa veriblər. Mən gözümü açandan bu mühitdə - müalicədən sağalanların təşəkkürlərini, dualarını eşidə-eşidə böyümüşəm. O vaxt puldan da çox istifadə etmirdilər, elə müalicə üçün gələndə kimisi hinduşka, kimisi yumurta, kimisi toyuq gətirərdi. Təxminən 8-10 yaşım olanda deyirdim ki, böyüyəndə mən də sınıqçı olaram, mənə də toyuq verərlər (gülür). Amma 7-8-ci sinifdə polis olmaq fikrinə düşdüm, hətta o dövrdə çəkdirdiyim şəkillərin çoxusu da polis formasındadır. Bir gün bərk yıxılıb əzildim, çox ağrıyırdım. Atam məni həkimə apardı, o mənə köməklik etdikdən sonra ağrılarım getdi. O gündən artıq polis yox, həkim olmağı qərarlaşdırdım ki, kimsə xəstələnəndə ona yardım edə bilim. İlk olaraq universitetə kimya-biologiya fənni üzrə müəlliməliyə qəbul olunsam da daxilimdəki kiməsə yardım etmək istəyinə görə müəlliməliyi seçmədim və sənədlərimi yenidən verib həkimliyi oxudum. Sonradan Türkiyəyə gedib manual terapiyanı öyrəndim, institutda oxuya-oxuya masaj kurslarına getdim, ekstrasens kursunu fərqlənmə ilə bitirdim. Amma bu gün də desələr ki, sizin sənətinizə aid yeni bir elm yeri var, ora da gedərəm. Çünki mənimçün qazanılan puldan daha önəmli qazanılan dualardır.
- Neçə ildir bu sahədəsiz?
- 25 ildir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiz?
- Mənim əsas işim manual terapiyadır ki, bura masajlar, zəli qoymaq, hicama və s. daxildir.
- Son zamanlar sizə daha çox nəylə bağlı müraciət edirlər?
- Ən çox onurğa yırtıqları, dizlərdə artrozlar, uşaqlarda skaliozlarla bağlı müraciət edirlər.
- İş prinsipiniz nədən ibarətdir?
- Ən əvvəl pasiyentə yardım etmək, onun hörmətini qazanmaq və sağlamlığına qovuşdurmaq iş prinsipimdir.
- Xarakter olaraq necə birisiz?
- Səmimiyəm, təkəbbürlükdən kənar insanam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Tələbələriniz varmı?
- Bəli, tələbələrimin çoxu tanınmış həkimlərin yanında çalışırlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki... Cümləni tamamlayın zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, əhatəmdə bu qədər insanlar və onlarında arxasıyca gələn insanlar olacaq. Şükürlər olsun ki, bu güvəni, sevgini qazana bilmişəm.
Əlaqə nömrəsi: (055) 799 98 49