Yaşam koçu, spritual təlimçi Vəfa Ağayeva: "Mənim üçün vacib olan insanları şəfalandırmaqdır"

- Vəfa xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bir rəssam olaraq içimdə hər zaman yaratmaq gücü var idi. Bir çox sahələrdə çalışsam da, tam ruhumun istədiyini tapa bilmirdim. İçimdə bir bosluq olduğunu hiss edirdim. Hər zaman möcüzələrə inanan insan kimi əlimdə "sehrli çubuqla" hər kəsə xoşbəxtlik ötürmək arzusunda idim. Həyatda istədiyim başıma gəldi. Bir gün qarşıma möcüzələrlə dolu təlimlər çıxdı. Ruhumun nə istədiyini məhz bu təlimlərdə tapdım. Ona görə də bu sahəyə gəldim.
- Neçə ildir ki, bu sahədə çalışırsınız?
- İki ildən çoxdur artıq bu sahədə fəaliyyət göstərirəm .Bununla bərabər, on iki ildir ki, məktəbəqədər uşaqlarla psixologiya və məktəbə hazırlıq sahəsində də çalışıram .
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən rəssam-modelyerəm. On iki ildir ki, hazırlıq müəllimi kimi fəaliyyət göstərirəm. Eyni zamanda psixologiyanı da oxumuşam. Bir çox beynəlxalq təlimlər almışam.
Bunlardan access bars, kvant nəzəriyyəsi, Jaas, thetahealing və s. göstərmək olar. Bu sahələr üzrə seanslar icra edirəm. Həm də bunların tədrisini də edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ailə münasibətləri, uşaqlıq dövründən qalan travmalar, bolluq-bərəkətlə bağlı müraciətlər daha çox olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün vacib olan insanları şəfalandırmaq və onları hər zaman xoşbəxt görməkdir.
- Xarakter olaraq necə birisiniz?
- Pozitiv və həyatsevər bir insanam. Bütün hadisələri gözəlliklə görə bilən biriyəm. Çünki hər şey bizə Yaradandan gəlir.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Azad iradəyə girməyə qəti surətdə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Özlərini sevməyi öyrənsinlər. Çünki özünü sevməyən heç kimi sevə bilməz. Heç kimi sevməyəni də kainat sevməz. Hər gün şükr etməyi bacarsınlar.
- Mən bu işi seçərkən aglima gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər insanın şəfasını vasitəçi olub həyatlarındakı gedişatı dəyişə bilərəm.
Əlaqə nömrəsi: (051) 629 42 77