Psixoloq Vüsalə Əmirova: "İnsanların güvənini doğrultmaq əsas iş prinsipimdir"
- Vüsalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim ilk təhsilim müəllimlikdir. Pedaqoq kimi fəaliyyət göstərirəm. İnsanlarda olan psixoloji travmalar, şüuraltılar hər zaman maraq dairəmdə olub. Psixologiyaya dair kitablar oxudum və bu yola çıxdım. Gördüm ki, bir fərqlilik var. İnsanları müşahidə etməyə başladım. Gördüm ki, yaş artdıqca insanlar başqa bir formata keçirlər. Bir sözlə, qənaətə gəldim ki, psixoloq olacağam. Müşahidəni və nəzəriyyəni birləşdirərək hal-hazırda psixoloq kimi fəaliyyət göstərirəm. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Bu sahədə birinci ilimdir. Amma pedaqoq kimi yeddi ildir ki, fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Daha çox böyüklərlə işləyərəm. Çünki özümü daha çox süuralti mütəxəssis kimi görürəm. Şüuraltı bizim uşaqlıq travmalarımızdır. Bizim həyat boyu yanımızda gəzdirdiyimiz artıq yüklərdir. Uşaqlarla isə diqqət korreksiyası üzrə işləyirəm.
- İş prinsipimiz nədən ibarətdir?
- İnsanların güvənini doğrultmaq əsas iş prinsipimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Gənclər daha çox sevgi və ailədə diqqət əksikliyi ilə bağlı müraciət edirlər. Bundan başqa, zərərli vərdişlərlə bağlı problemləri də çox müşahidə edirəm.
- Xarakter olaraq necə birisiniz?
- Səmimi və sevgi dolu bir insanam. Mənə qarşı kobud olan insanlara qarşı da pislik etmirəm. Mülayim biriyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- İnsanların müsbət tərəfinə diqqət edin. Hər şeyi müsbət görün ki, müsbət olsun. Hər bir insanda bir dənə də olsa müsbət cəhət var. Mənfilərdən uzaq olun.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhəmt olmasa.
- Ağlıma gəlməzdi ki, qısa zaman kəsiyində bu qədər uğur əldə edəcəyəm və insanlara bu qədər faydalı olacağam.
Əlaqə nömrəsi: (050) 760 93 97