Dermatoloq Sevinc Kərimova: "Pasiyentlərimin müalicəsini mütəmadi olaraq təqib etmək əsas iş prinsipimdir"
- Sevinc xanım, necə oldu ki, həkim oldunuz?
- Anam mənim ginekoloq olmağımı istəyirdi. Həkim olmağına oldum, amma dermatoloq oldum (gülür).
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 25 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizi üzrə hansı işləri icra edirsiniz?
- Dermatologiyaya aid bütün xəstəliklərin müayinəsi və müalicəsi ilə məşğul oluram.
- Son zamanlarda daha çox hansı problemləri müsahidə edirsiniz?
- Ziyillər və üzdəki aknelerin səksən faizində gənələr həddən artıq çoxalıb.
- İş prisipiniz nədən ibarətdir?
- Pasiyentlərimin sağalması üçün əlimdən gələni etmək və onların müalicəsini mütəmadi olaraq təqib etmək əsas iş prinsipimdir.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- İndi hər kəs "dermatoloq" olub. İşini bilən də, bilməyən də bu işlə məşğul olur. Bu hal məni çox incidir.
- Xarakter olaraq necə birisiniz?
- Çox emossional bir insanam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Dəri problemlərinə barmaqarasi baxmasınlar. Qohumdan-qonsudan eşitdiklərinə yox, həkimin məsləhətlərinə qulaq assınlar və həkimə vaxtında müraciət etsinlər. Çünki vaxtında olunan müayinə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma nə gəlirdisə, o da başıma gəldi. Yaxşı ki, həkim olmuşam. İşimi çox sevirəm və onunla qürur duyuram.
Əlaqə nömrəsi: (055) 772 97 99
Ünvan: Mərkəzi Gömrük Hospitalı