Fizioterapevt Aytən Əhmədova: "Bu qədər insana faydalı ola biləcəyim ağlıma gəlməzdi"

- Aytən xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Valideynlərimin xəstəliklərinin həllində digər müalicə üsullarının faydası olmadığına görə, bu üsuldan istifadə etdik. Mən də bu əsnada bu işin incəliklərini öyrənmiş oldu. Beləliklə, bu sahəyə gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq dörd ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Dayanmadan yeni təlimlərə qoşuluram və insanlara təbii yolla fayda vermək üçün yeni metodlar öyrənirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət olur?
- Dayaq-hərəkət sistemində problemi olanlar, skalioz və şəkərli diabet xəstələri, eyni zamanda yüksək təzyiqdən əziyyət çəkənlər (hipertaniya xəstələri) daha çox müraciət edirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Mütəxəssis təyini olmadan tətbiq olunan müalicə üsullarına qəti surətdə "yox" deyirəm. Bundan başqa, "fasf-food"a, rəngli içkilərə, az yatmağa, ümumiyyətlə, sağlamlığa zidd olan qida və davranışlara "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq ünsiyyətcil, xoşrəftar, eyni zamanda da reallıqları olduğu kimi deyən biriyəm.
- Ailəlisinzimi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Sağlamlığınızı sağlam ikən qoruyun. Çünki vaxtında olunan müdaxilə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gələmzdi ki, bu qədər insana faydalı ola bilərəm. Bu iş sayəsində özümü və içimdəki bacarığı kəşf etmişəm.
Əlaqə nömrəsi: (070) 441 55 54