Praktik psixoloq Ayşən Əhmədova: "Uşaqların inkişafındakı bəzi problemlərlə bağlı müraciətlər daha çox olur"
- Ayşən xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Düşünürəm ki, insan psixoloq olmur, psixoloq doğulur. Ruhumda olan o duyğu məni psixoloq etdi.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən praktik psixoloq olaraq fəaliyyət göstərirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar kimi dəyərləndirməzdim bu sualı. Hekayələr fərqlidir ümumilikdə. Münasibətlərdəki anlaşılmazlıq və uşaqların inkişafındakı bəzi problemlərlə bağlı müraciətlər daha çox olur.
- Mərkəzinizdə uşaqlara hansı xidmətlər göstərilir?
- Mərkəzimizdə psixoloji, loqopedik, psixopedaqoji, defektoloji seanslar və məktəbəqədər təlim proqramları xidmət göstərir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Yalnız mütəxəssis olaraq deyil, bir xanım olaraq da təbii ki, şiddətə "yox" deyirəm. Bütün insanlıq adına. Ancaq haqsızlıq və yalnız fiziki deyil, psixoloji şiddət qəbul etmədiyim insani davranışlar sırasındadır.
- Xarakter olaraq necə birisiniz?
- Çətin biriyəm (gülür).
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Həyat qısa və gözəldir. Tanrı bizi seçilmiş, şüurlu bir canlı olaraq yaradıbsa, gəlin, bunun haqqını verək. Anlayışlı olaq və kimsənin qəlbini incitməyək, deyərdim oxuculara.
- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu elit və müqəddəs peşənin mənə verdiyi dərin keyfiyyətlərlə insanlara yardım edə bildiyimi düşünürəm və hər zaman da bunun üçün çalışacağam. Bu işi seçərkən ağlıma gələn məhz bu idi.
Əlaqə nömrəsi: (055) 355 39 06