"Orbita" bağçasının rəhbəri Elmira Aslanova: "Məsuliyyətli və disiplinli olmaq əsas iş prinsipimizdir"
- Elmira xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Biz ilk əvvəl bağça barədə fikirləşmirdik. Çünki övladlarım balaca idi. Onlar dövlət bağçasına gediblər. İxtisasca filoloqam. Ona görə də öz sahəm üzrə bir işdə işləmək istəyirdim. Xarakterimdə də uşaqlarla işləmək var idi. Ona görə də, planlaşdırdıq və qərara gəldik ki, bu bağçanı ərsəyə gətirək.
- Bu bağça neçə ildir ki, fəaliyyət göstərirsiniz?
- Artıq iki ildir ki, fəaliyyət göstəririk.
- Bagcanizda uşaqlara hansı xidmətlər göstərilir?
- Biz 1-6 yaş arasında olan uşaqları qəbul edirik. Əgər uşaq sərbəst şəkildə yeriyə bilirsə, biz onu götürürük. Ondan sonra onun inkişafını nəzarətdə saxlayırıq. Psixoloqumuz hər ay uşaqların psixoloji inkişafını yoxlayır. Əgər hər ay inkişaf müşahidə olunmazsa, əlavə tədbirlər görürük.
- Uşaqlara təhsil hansı dildə verilir?
- Bizdə həm Azərbaycan, həm də Rus qrupları fəaliyyət göstərir. Müəllimlərimiz də iki dil bilir. O, usalqara hər iki dili yüksək səviyyədə aşılayır. Bundan başqa, bizdə şahmat, rəsm, ingilis dili, musiqi-rəqs və gimnastika dərnəkləri də fəaliyyət göstərir. Məqsədimiz uşaqların hansı sahədə istedadının olmasını aşkara çıxartmaq və valideynləri məlumatlandırmaqdır.
- Uşaqlar sizin bağçanızda neçə yaşa qədər qala bilər?
- Hər bir uşaq altı yaşına qədər burada rahat qala bilər. Amma indi məktəbəqədər təhsil olduğuna görə, bir çox valideynlər uşaqlarını beş yaşı olduqda götürüb məktəbəqədər təhsilə yönləndirirlər.
- İş prinsipiniz nədən ibarətdir?
- Əməkdaşlarımızı seçərkən onların fərdi keyfiyyətlərini nəzərə almaq və işdə məsuliyyətli, disiplinli olmaq əsas iş prinsipimdir.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Məsləhət verirəm ki, uşaqlara müəyyən qədər sərbəstlik versinlər. Onları təcrid edilmiş formada boyutməsinlər. Onlara müstəqil qərar verməkdə və cəmiyyətə uyğunlaşmaqda hərtərəfli dəstək olsunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu sahədə bu qədər tanınaram və bu yerə gəlib çıxaram.
Əlaqə nömrəsi: (055) 218 55 85