Ailə və yetişkin psixoloqu Bəyaz Əliyeva: "Daha çox özguvənsizlik və uşaqlıq travmaları ilə bağlı müraciətlər eşidirik"
- Bəyaz xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Dörd il öncə iş axtarmağa başlamışdım öz ilk ixtisasım üzrə. İlk ixtisasım dizayn olub. Hansı işi tapsam, bir bəhanəylə rədd edirdim. Çünki həmişə düşünmüşəm ki, insan iş xatirinə işləməli deyil, sevərək həvəslə işləməlidir hər hansı bir sahədə. Sonra özüm özümə sual verdim ki, mən nə üzrə işləmək istəyirəm? Və uşaqlıqdan maraq göstərdiyim psixologiya sahəsinə üz tutdum. Hər kəs deyirdi ki, artıq gecdi sən indidən sonra universitet oxuyaraq zaman itirəcəksən, amma mən öz istəyimin arxasınca getdim və çox xoşbəxtəm.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Bir ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Ailə və yetişkin psixoloqu olaraq fəaliyyət göstərirəm. Access Bars seansları edirəm. Bunlarla kifayətlənmirəm. Bu il artıq yazıldığım təlimlər çoxdu. Daim inkişafım üçün çalışacam.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Özgüvənsizlik və uşaqlıq travmaları bağlı müraciətlər daha çox olur.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- İnsanlara kömək edə bilməyəcəyin halda aldatmağa qəti surətdə "yox" deyirəm.
- Aldatmaq deyərkən nəyi nəzərdə tutursuz?
- Məsələn, psixoloqun yanına gələn pasiyentin psixiki vəziyyəti, psixoloq tərəfinən korreksiya ediləcək durumda deyilsə, psixoloq başqa mütəxəssisə yönətməlidir pasiyenti.
- Xarakter olaraq necə birisiniz?
- İlk dəfədir düşündüm bu sual haqqında. Özümü üç sözlə ifadə etsəm daha doğru olar. Yardımsevər, ünsiyyətcil və punktual biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki qızım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Özlərinin bu həyatda yerlərini tapmaqlarını və öz güclərinin fərqinə varmalarını məsləhət görərdim.
- Məb bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, yorulmadan, həvəslə insan hər gün işləmək istəyər.
Əlaqə nömrəsi: (099) 842 04 00