Həkim Nailə Məsimova: "Bu işin bu qədər məsuliyyətli olacağı ağlıma gəlməzdi"
- Necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Qazaxıstanda dünyaya gəlmişəm. Bu sahəyə marağım həmişə olub. Gözəllik vurğunu olmuşam. Amma ataın istəyi ilə hüquq fakültəsini bitirdim. O sahə üzrə işləmədim. Tibb sahəsi üzrə təhsil aldım və kosmetologiya sahəsinə gəldim.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ildir ki, kosmetoloq kim fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Öz hazırladığım kosmetoloji məhsullarla, demək olar ki, bütün kosmetoloji prosedurları icra edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox botoks, dolğu, mezoterapiya, səpki və s. məsələlərlə bağlı müraciətlər olur. Bir də hicama istəyənlər də çox olur.
- Xarakter olaraq necə birisiniz?
- Pozitiv və sakittəbiətli bir insanam. Mehriban və gülərüzəm. Hər kəslə yola getməyi bacarıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Bir övladım var.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Hər kəs öz pulunu halallıqla qazanmalıdır. Həkimlə pasientin arasında yalana "yox" deyirəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, öz gözəlliklərinin var sağlamlıqlarının qeydinə və vaxtında qalsınlar. Özlərini sevsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu işi bu qədər çətin və məsuliyyətli bir iş olar.
Əlaqə nömrəsi: (070) 226 86 85