Məşqçi Sabina Zeynalova: " İşimdə müsbət nəticələr əldə etdikcə, daha da yüksəlməyə çalışıram"

- Səbinə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən xaricdə anadan olmuşam. Uşaqlıqdan idmana çox böyük həvəsim var idi. Valideynlərim bunu görüb məni 5 yaşımda bədii qimnastikaya yazdırdılar. Paralel olaraq, 6 yaşımda musiqi məktəbinə qəbul olundum (fortepiano). 13 yaşımda olarkən belimdən ciddi zədə aldığıma görə peşəkar idmanı buraxmalı oldum. Buna baxmayaraq, özüm üçün ritmiki qimnastika ilə (aerobika) məşğul olmağa davam etdim.1997-ci ildə ailə qurub Azərbaycana gəldim. 2 oğlum var, olara qayği göstərdiyima görə 7 il idmandan uzaqlaşdım, lakin bu müddət ərzində boş vaxt olduqca evdə öz üzərimdə işləyirdim. Uşaqlar məktəbə getdikdən sonra mən idman zalında məşqlərimi davam etdirdim. Rəşad Cəfərovun rəhbərliyi altında qrupda məşq etdiyim zaman, o mənə bu sahədə işləməyi təklif etdi. Mənim bu idman növünə böyük həvəsim olduğuna görə razılaşdım. Seminarlarda, kurslarda, açıq dərslərdə iştirak edib ballar topladım, imtahan verib sertifikat aldım.
- Neçə ildir ki bu sahədəsiniz?
- Dediyim kimi, 6 yawşımdan bu sahədəyəm. 10 ildən artıq meşqçi kimi fəaliyyət göstərirəm.
- Əsasən hansı idman növləri üzrə dərslər keçirsiniz?
-Zoomba, aerobika, pilates, stretchinq və s. üzrə dərslər keçirəm.
- Gördüyünüz islərin nəticəsini neçə müddətdən sonra əldə edirsiniz?
- Məndə müxtəlif yaş qruplarında 100-ə yaxın qadın və uşaq meşq edir. Bu o deməkdir ki, oların hərəsinin bir istəyi var: arıqlamaq, kökəlmək, bədən şəkilləndirmək, elastiklik əldə etmək, musiqini qavrayıb oynamaq, qaməti düzəltmək və s. Bu istəklərdən asılı olaraq ən tez iki həftədən sonra nəticələri gorurler.
- İş prinsipiniz nədən ibarətdir?
- Öz işimdə müsbət nəticələri əldə etdikcə ruhlanıb, daha yüksək nəticələr əldə etməyə çalışıram.
- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
- Mən 6 yaşından 72 yaşına qədər uşaq və qadınlara məşq keçirəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Mən tələbələrimə bir xanım, ana, övlad kimi baxıram və olara məsləhət görürəm ki, heç nədən qorxub çəkinməsinlər. Səbrli olsunlar və sonda mutləq öz istəklərinə çatacaqlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki... Bu fikrini özünüz tamamlayın, zəhmət olmasa.
- İnsana kimi mən özümə inanıram və Allahımdan razıyam ki, mən istədiklərimi, istər ailədə, istər işimdə, istərsə də cəmiyyət arasında həyata keçib. Mütəxəssis kimi mənim nə dərəcədə yaxşı, ya pis olmağımı mənim tələbələrim deyə bilər.
Əlaqə nömrəsi: (055) 366 78 15