"Addım" ailəyə dəstək mərkəzi necə yarandı?

- Afaq xanım, necə oldu ki, belə bir mərkəz yaratmaq qərarına gəldiniz?
- Mərkəzi yaratmaq təşəbbüsü anamın olub. Həmişə nəvəsi üçün arzu edərdi. Amma çox təəssüf ki, həyata keçirdə bilmədi. Vaxtsız dünyadan köçdu. Mən onun arzusunu reallaşdırdım. Qeyd edim ki, "ADDIM" ailəyə dəstək mərkəzi 2018- ci ildən etibarən fəaliyyət göstərir.
- Bu mərkəzin fəaliyyəti nədən ibarətdir?
- Mərkəzimiz xüsusi qayğıya ehtiyacı olan ailələrə, onların usaqlarına həm psixoloji, həm loqopedik yönden dəstək olaraq fəaliyyət göstərir.
- Hansı yaş qrupunda olan uşaqlara xidmət göstərirsiniz?
- 3-18 yaşa kimi uşaq və yeniyetmələr üçün fəaliyyət göstəririk.
- Özəlliyiniz nədədir?
- Mən bu işi bir valideyn olaraq qurduğum üçün istədim ki, xüsusi qayğıya ehtiyacı olan valideynler tək olmadıqlarını görsünlər. Uşaqlarını rahatlıqla etibar edə biləcəkləri, istəklərini paylaşıb bölüşə biləcəkləri bir mərkəz olsun. Özəlliyimiz məhz budur.
- Mərkəzinizlə bağlı valideynlərə hansı müraciəti etmək istərdiniz?
- Buradan valideynlərə ən vacib müraciətimi etmək istərdim. Uşaqlarında olan problemden utanmasınlar, problemlərini gizlətməsinlər, əksinə erkən dövrdə olan müdaxilə müsbət nəticələr verir. Vaxtında bizim mərkəzə müraciət edərək məsləhət alsınlar. Biz hər zaman onlara dəstəyik!
Əlaqə nömrələri: (099) 503 03 43
(070) 7772424