Access bar tətbiqçisi və təlimçisi Şəhla Alışova: "Özümü bu sahədə tapdığıma görə çox xoşbəxtəm"
- Şəhla xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
Bu sahə ilə ilk dəfə Səbinə Nəsibovanın vasitəsilə 2018-ci ildə tanış oldum. Mənim saglamlığımda müəyyən problemlər var idi. Nə etsəm, faydası olmurdu. Seanslara yazılıb süuralt terapiyalar qəbul etdim. Gördüm ki, nəticələri çox müsbət oldu. Bu sahə ilə bağlı marağım və həvəsim daha da artdı. Kurslara gedib bu işin dərinliklərinə öyrəndim. Öyrəndiklərimi əvvəlcə anama tətbiq etdim. Onun ağrıları tamamilə aradan getdi. Daha sonra isə bu işlə peşəkarcasına məşğul olmağa başladım.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Daha çox acsess bars (şüuraltı terapiya növü) məşgul oluram. Biz başdakı 32 nöqtəyə toxunmaqla insanların həyatında dəyişiklik yaratmağa çalışırıq.
- Son zamanlarda daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox valideynlərlə övladlar arasında olan problemlərlə rastlaşırıq. Çox vaxt valideynlər öz övladlarına kifayət qədər sevgi göstərə bilmirlər. Nəticədə, uşaqlar sevgi əksikliyi hiss edirlər.
- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
- Heç bir yaş məhdudiyyəti yoxdur. İstənilən yaşda insanlar mənə müraciət edə bilərlər.
- İş prinsipinin nədən ibarətdir?
- İnsanların mənim yanıma güvənərək gəlmələri və nəticə əldə etməkləri üçün əlimdən gələni etmək əsas iş prinsipimdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- İnsanları bir-birinə qınamağına qəti surətdə "yox" deyirəm.
- Çox yumşaq xarakterli bir insansam. Amma istədiklərinə çatmaq üçün axıra qədər mübarizə aparan biriyəm.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Tələbələriniz varmı?
- Bəli, yetişdirdiyim tələbələrim var.
- Oxuculara nə məsləhət görürsünüz?
- İnsanların əksəriyyəti hal-hazırda sevgi əksikliyi yaşayır. Ona görə də insanlara məsləhətim o olar ki, öz hislərini gizlətməsinlər. Anında biruzə verməyi bacarsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən bu işi bu qədər bacara bilərəm. Nə yaxşı ki, bu işi seçdim. Özümü bu sahədə tapdığıma görə çox xoşbəxtəm.
Əlaqə nömrəsi: (077) 579 40 69