Şüuraltı elmlər üzrə mütəxəssis, Yaşam Kouçu Gövhər Abbasova: " Ağlıma gəlməzdi ki, mənə bu qədər insan müraciət edər"
- Gövhər xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən uşaq yaşlarımdan astrologiya, bürclər və insan həyatı ilə çox maraqlanırdım. Özüm iki universitet bitirmişəm. 14 il neft şirkətində işləmişəm. Amma pandemiya zamanı bəzi kitablar aldım və müəyyən videolar izlədim. Daha sonra bu sahə üzrə fərdi seanslar aldım. Bir müddət sonra gördüm ki, ətrafımda çox ehtiyaclı insanlar var. Qərara gəldim ki, öz öyrəndiklərimi, təcrübəmi insanlara bölüşüm. Bir də gördüm ki, artıq bu işlə ciddi surətdə məşğul olmaga başlamışam (gülür).
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Üç ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən bir çox sahə üzrə bəynəlxalq dərəcəli təlimlər almışam. Bunlardan tethahiling, acsess bars, bioenerji, NLP, kvant nəzəriyyəsi və s. göstərmək olar.
- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox müxtəlif qorxular və sevgi münasibətləri ilə bağlı müraciətlər olur.
- İş prinsipinin nədən ibarətdir?
- Mənim üçün ən vacibi səmimiyyətdir.
- Xarakter olaraq necə birisiniz?
- Deyilənə görə, çox yumuşaq biriyəm. Amma işdə bir az səbrsizliyim də var. Yəni ki, etdiyim seansların nəticələrini və seanslara gələn insanların dəyişməsini səbrsizliklə gözləyirəm. Bir də ki, insanlarla ünsiyyət qurmağı xoşlayıram. Bu xarakterim də var.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Mütləq özlərinin fərqinə varsınlar. Biz duyğularımızı gizlətdikcə, müəyyən yaşdan sonra bizim fiziki bədənimizə dəlalət edəcək. Ondan sonra çox çətin olacaq. Bir problem olduqda mütəxəssislərə vaxtında müraciət etsinlər. Öz ruhlarının inkişafı üçün çalışsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, öz sahəm üzrə bu dərəcədə tanınaram və mənə bu qədər insan müraciət edər.
Əlaqə nömrəsi: (055) 602 96 10