MBT və müalicəvi massaj mütəxəssisi Könül Quliyeva: "Ağlıma gəlməzdi ki, mən bu sahənin peşəkarı olaram"

- Könül xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə gəlməyim özümlə bağlı oldu. Mən ağır Atletika Paurliftig (Üç növçülük) idman növü üzrə peşəkar idmançı olmuşam. Beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmişəm. Çoxsaylı nailiyyətlərim olub. 4 qat Respublika birinciliyinə nail olmuşam, idman ustası və hakimlik dərəcəsinə qədər yüksəlmişəm. 2018-ci ildə yarışların birində ağır zədə aldım. Ondan sonra qərara gəldim ki, özüm-özümü sağaldım və buna görə də reabilitasiya sahəsi ilə maraqlandım. Özümə etdiyim müalicələrin müsbət nəticələrini gördükcə bu sahəyə marağım daha da artdı. Bu da məni dövlət səviyyəsində müəyyən kurslara getməyə sövq etdi. Hal-hazırda Atatürk Universitetində idman və idman elmləri müalicəvi fakültəsində təhsil alıram. Eyni zamanda Bakıda bu sahə üzrə çalışıram.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Altı ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Skalioz, kifoz, lardoz, miasteniya, distrofiya, insultdan sonrakı bərpa və s. xəstəliklərin müalicəsi ilə məşgul oluram.
- Hansı yaş qrupuna aid pasientlərlə çalışırsınız?
- Yaş məhdudiyyəti yoxdur. Bütün yaş qruplarına aid pasientlərin qəbul edirəm.
- İş prinsipinin nədən ibarətdir?
- Çəkdiyim zəhmətin bəhrəsini görmək və pasiyentin sağlamlığı üçün əlimdən gələni etmək mənim əsas iş prinsipimdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bəzi mütəxəssislərin pasiyentlərdən sui-istifadə etməsinə qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Çox mülayim biriyəm. Hər kəslə yola gedən insanam.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Öz saglamlıqlarına laqeyd yanaşmasınlar. Səhhətlərində bir problem gördükdə mütəxəssislərə vaxtında müraciət etsinlər. Çünki vaxtında olunan müayinə və müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən bu sahənin peşəkarı olaram.
Əlaqə nömrəsi: (055) 742 57 76