Klinik psixoloq Fidan Hüseynova: "Psixoloqun etik qaydasına riayət etmək əsas iş prinsipimdir"

- Fidan xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Moskva Dövlət Pedaqoji universitetində oxuyarkən 2-ci kursda, filalogiya fakültəsində təhsil aldığım zaman bu sahəyə çox böyük marağım yaranmışdı. Hər zaman insanları tanımaq və analiz etmək kimi bir istəyim var idi. Bələliklə, magisturaturaya psixologiya fakültəsini seçməyə qerar verdim.
- Neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- Artıq 7 ildir ki, bu sahədəyəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Psixologiya üzrə məqalələr, elmi iş yazmışam.
- İş prinsipiniz nədən ibarətdir?
- Psixoloqun etik qaydasına riayət etmək əsas iş prinsipimdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Seansdankenar pasiyentlərlə sıx münasibət qurmağa (qeyri-etik olduğu üçün) "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Sakit, insancıl, məqsədyönlü biriyəm.
- Ailəlisinizmi?
- Subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Psixologiyaya aid kitabları daha çox oxusunlar.
Əlaqə nömrəsi: (055) 764 31 80