ƏİZ GROUP ACADEMY TM-nin Baş Direktoru, Beynəlxalq Dərəcəli Kurikulum Mentoru Elnarə Şahbazova: "Balalarımız üçün hər şeyin ən gözəlini etməyə çalışırıq"

- Elnarə xanım, nəcə oldu ki, belə bir bağca yaratmaq qərarına gəldiniz?
- İlk növbədə qeyd etmək istərdim ki, uşaqları çox sevirəm. Hər uşaq bir aləmdir , həyatımızı rəngləndirən , gözəlləşdirən varlıqlardır... Düşünürəm ki, uşaqlar kiçik yaşlarından müəyyən bacarıqlara , biliklərə yiyələnməlidirlər. Bilik və bacarıqlardan əlavə bir uşağın həm mənəvi, həm fiziki inkişafında Bağça əvəzsiz rola malikdir. Bütün bunları nəzərə alaraq bu təşəbbüsü irəli sürdüm.
- Bağcanız artıq neçə müddətdir ki, fəaliyyət göstərir?
- Bağçamızın Bakı filialı artıq 4 ildən çoxdur ki, fəaliyyət göstərir. Rayonlardan gələn çoxsaylı xahişləri nəzərə alaraq, Bağçamızın Bərdə filialını da fəaliyyətə verdik. Ümid edirəm ki, bütün filiallarımız həm balalarımız, həm də valideynlərimiz üçün faydalı olacaqdır. "Təhsil üçbucağı" prinsipini Bağçamızın filiallarında reallaşdırmağa çalışıram. Valideynlərimiz balalarımızı tam əminliklə bizə etibar edə bilərlər.
- Hansı yaş qrupuna aid uşaqları qəbul edirsiniz?
- ƏİZ GROUP ACADEMY KİDS həm Bakı , həm Bərdə filiallarımızda yaş qruplarına görə müxtəlif qruplarımız vardır :
Körpələr qrupu
Erkən inkişaf qrupu
Orta qrup
Məktəbəhazırlıq qrupları
Xarici dil qrupları və s.
Uşaqlar 2 ayından qəbul edilə bilər. Hər yaş dövrü üçün xüsusi qruplarımız fəaliyyət göstərir.
- Onlara hansı xidmətləri göstərirsiniz?
- Hər yaş qrupunun özünün spesifik xüsusiyyətləri vardır. Yaş dövrünü nəzərə alaraq uşaqlara günlük cədvəllər tərtib olunur. Hətta əlavə məşğələlər də tədris edilir. Musiqi, Rəqs, Gimnastika , Şahmat , Mental aritmetika kimi əlavə məşğələlər də təşkil olunur. Bu xidmətlər balalarımızın inkişafında xüsusi əhəmiyyətə malikdir.
- Üstünlüyünüz və fərqiniz nədədir?
- Üstünlüyümüz və fərqimiz xidmətlərimizin daha çox olmasından özünü əks etdirir. ƏİZ ailəsi olaraq balalarımız üçün hər şeyin ən gözəlini etməyə çalışırıq.
Bağçamızın digər bir üstünlüyü də SİM (Sağlamlıq İmkanları Məhdud) uşaqlar üçün "İnklüziv qrup"umuzun olmasıdır. "İnklüziv qrup" peşəkar pedaqoqların dəstəyi ilə, balalarımız üçün Loqoped və Psixoloq nəzarəti altında xüsusi məşğələlər tədris edilir. Valideynlər , müəyyən vaxt müddətindən sonra övladlarında yaranan müsbət dəyişikliklərin şahidi olurlar. Valideynlərimizin müsbət rəyləri işimizi bizə daha çox sevdirir, bizə stimul verir.
Üstünlüklərimizdən biri də "Yatılı ana məktəb" xidmətimizin olmasıdır. Bu xidmətimizdə balalarımız yatılı olaraq Bağçamızda qalırlar. Həftəiçi 5 gün üçün nəzərdə tutulur. Həm qidalanırlar, həm əylənirlər, həm dərslərdən aktiv istifadə etmiş olurlar , eyni zamanda gecə də Bağçada qalırlar. Bəzi növbə ilə işləyən valideynlər üçün bu xidməti də təşkil etmişik.
Digər üstünlüyümüz "Günlük Dayə Xidməti"nin olmasıdır.
Bu xidmətdə isə Bağça üçün qeydiyyatdan keçməyə ehtiyac olmur. Günlük qeyd olunan ödənişi etməklə Bağça xidmətindən yararlanmış olacaqsınız.
- Bağçanızda hansı layihələri həyata keçirdirsiniz?
- Bağçamız müxtəlif kreativ və inkişafetdici layihələrdə iştirak edib və mükafatlandırılıb.
- Son olaraq bağçanız barədə valideynlərə hansı çağırışı etmek istərdiniz?
- Son olaraq , qeyd etmək istəyirəm ki, əziz valideynlər siz də bizim sizləri nəzərə alaraq ərsəyə gətirdiyimiz Bağçalarımıza övladlarınızı rahatlıqla etibar edə bilərsiniz. Bir ayın nəticəsində övladlarınızda müsbət istiqamətdə dəyişikliyi özünüz də müşahidə edəcəksiniz.
Adımızın abreviaturasının mahiyyətinə istinad edərək elə kiçik yaşlardan balalarımıza "Ə-əzmkar" , "İ-inadkar" olmaqla "Z-zəfər" əldə edəcəklərini aşılayırıq.
Əlaqə nömrəsi: (055) 680 59 49