Fusion Academy MMC Beynəlxalq Arenada Möhtəşəm Qələbə Qazanıb!

16 mart 2025-ci il tarixində dünyanın ən nüfuzlu mükafatlarından biri olan Khazina International Awards-ın möhtəşəm mükafatlandırma mərasimi baş tutdu. Qlobal miqyasda seçilən bu prestijli tədbirdə Fusion Academy MMC parlaq uğuru ilə fərqləndi və beynəlxalq mükafata layiq görüldü!
Təhsil sahəsində inqilabi yanaşmaları və innovativ metodları ilə tanınan Fusion Academy MMC-nin bu tarixi nailiyyətini şirkətin təsisçisi və icraçı direktoru Elza Məmmədova şəxsən qəbul etdi. O, mükafatı alarkən etdiyi çıxışında təhsilin gücünə inanaraq dünya səviyyəsində dəyişiklik yaratmağın vacibliyini vurğuladı və bu uğurun komandalarının dayanmadan göstərdiyi əzmkarlığın nəticəsi olduğunu bildirdi.
Beynəlxalq tədbir dünyanın müxtəlif ölkələrindən nüfuzlu şirkətlərin, tanınmış ekspertlərin və aparıcı liderlərin iştirak etdiyi möhtəşəm bir platformaya çevrildi. Fusion Academy MMC bu prestijli mükafata sektorda inqilabi yeniliklərə, gənc nəsillərin inkişafına verdiyi misilsiz töhfələrə və yüksək keyfiyyətli təhsil standartlarına görə layiq görüldü.
Bu möhtəşəm qələbə Fusion Academy MMC-nin təkcə yerli deyil, beynəlxalq səviyyədə də tanındığını və təhsil sahəsində dünya liderləri sırasında yer aldığını bir daha sübut edir!