İbtidai sinif müəllimi Nigar Məhəmmədqızı: "Müəllimin bütün könüllülərdə yeri vardır"

Müəllim bir şamdır, özü yanar, ətrafı işıqlanar. Hər müəllim şagird böyütməz, özü də şagirdlərlə böyüyər.
Müəllimlik peşəsi ən gözəl və ali peşədir.
Bütun peşələrin təməli müəllimdən qaynaqlanır.
Körpə ürəklərdə gözəl hisslər yaradan, quran bir memardır müəllim.
Müəllimin bütün könüllülərdə yeri vardır.
Ehtiyac ən böyük müəllimdir. Ehtiyyacınızı elmlə doldurun.
- Nigar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Müəllimlik peşəsini öz müəllimlərimə baxaraq seçdim və sevdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Peşəmi 14 ildir davam etdirirəm. Sahəmi çox sevir və sevgiylə tədris edirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Öz sahəmdə yenilik etməyi çox sevirəm, Şagirdlərim üçün maraqlı, əyləncəli dərslər təşkil edir, onlara dərsi sevəcəyi üsulda tədris etməyə çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Şagirdlərimə dəyər verməyi, dəyərlərə hörmət etməyi, məsuliyyətli olmağı və öz üzərlərində işləməyi öyrətməyə çalışıram.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz
- Məsuliyyətsiz davranışlara, lazımsız danışığa, həddini aşanlara yox deyirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ən çox müraciət dərs yükünün çox olması və tələbin yüksək olması.
- Xarakter olaraq necə birisiniz?
- Səmimi, həssas, çılğın, məhrəmətli, tələbkar və əsəbi biriyəm.
- Ailəlisinizmi?
- Ailəliyəm, 3 övladım (2 qızım, bir oğlum) var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuyub anlamağı, dinləməyi, düşünməyi, ən əsası oxuduqlarının fərqində olmağı məsləhət görürəm.
- Mən bu sahəyə gələrkən, ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu səhəyə gələrkən, bu qədər sevilib, şagirdlərimə xoş münasibətdə olacağıma inanmazdım. Öz sahəm üzrə özümü bu qədər inkişaf etdirəcəyimi gözləməzdim.
Çox şanslıyam bir müəllim olaraq, ətrafım bağ-bağatlıdır.
Əlaqə nömrəsi: (050) 887 92 52