Alman dili müəllimi Türkanə Şəmiyeva: "İnsanların həyatına yaxşı mənada toxunacağım ağlıma gəlməzdi"

- Türkanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- 2012 ci ildə Azərbaycan Dillər Universitetini, Alman dili müəllimi ixtisasını bitirdim. Ailə vəziyyətimlə əlaqədar olaraq bir neçə ildir işləyə bilmədim. Buna baxmayaraq, hər zaman özümü təkmilləşdirməyə və yeni şeyləri öyrənməyə cəhd etmişəm.
- Neçə ildir ki, bu sahdəsiniz?
- Artıq uzun zamandir ki,bu sahədə çalışıram və işimlə fəxr edirəm.
- Öz sahəniz üzra hansı işləri icra edirsiniz?
- Mənim sahəm alman dilini ən asan, praktik yollarla tələbələrə öyrətməkdir. Məncə, bunu da bacarıram. 7 dən 77 yə bütün yaş qruplarında tələbələrim var. Hər bir yaşa öyrətmə metodikasına da sahib olduğumu və öyrədə bildiyimi düşünürəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim Azərbaycanı Almaniyada təmsil edən həmvətənlərimizə hər zaman ən yaxşı səviyyədə alman dilini öyrətməkdir.
- Bir müstəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Əslində "yox" deməyi sevmirəm. Hər zaman çıxış yolunu tapmağa, hər şeyi həll etməyə çalışıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda Almaniyada təhsil və Almaniyada iş vizası ilə bağlı müraciətlərimiz çox olur.
- Xarakter olaraq nəcə birisiniz?
- Özgüvənli, pozitiv və səmimi biri olduğumu düşünürəm.
- Ailəlisinizmi?
- Bəli ailəliyəm, 3 övaldım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxucularımıza məsləhət edirəm ki, xarici dilini öyrənmək heç vaxt gec deyil. Yetər ki, sevərək öyrənməyə başlayın.
- Mən bu sahəyə gələrkən, ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın zəhmət olmasa.
- Mən bu sahəyə gələrkən, ağlıma heç gəlməzdi ki, insanların həyatına yaxşı mənada toxunacağam. Onların gələcək iş və ya təhsil həyatında az da olsa payım olacaq. Nə xoş mənə ki, Almaniyada mənim tələbələrim ölkəmizi gözəl şəkildə təmsil edir.
Əlaqə nömrəsi: (055) 798 36 56