Təlimçi-Psixoloq Leyla Əhmədova narsisizm xəstəliyindən danışdı

- Leyla xanım, narsisizm nədir?
- Narsisizm — özlərinin "xüsusi" və ya"seçilmiş" olduqlarını düşünən, öz maraqları üçün başqalarını istifadə edən, başqalarının uğurlarını qısqanan, empatiyası olmayan davranış tipidir.
Termin bir çayın sularında əks olunduğuna heyran olmağı seçən və Ekonun sevgisini rədd edən gözəl və gənc Narsiss haqqında olan qədim yunan mifindən irəli gəlir. Bunun cəzası olaraq o, öz əksini sevməyə məhkum olmuş və sonda onun adını daşıyan çiçəyə çevrilmişdir.
Etimoloji rəvayətə görə, Eko adlı pəri ovçu Narsistə vurulur, ancaq ondan qarşılıq görə bilmir. Uzun müddətdən sonra Eko dərdindən və gözləməkdən ölür. Bunu görə Olimp ilahları Narsisti cəzalandırmaq qərarına gəlirlər. Günlərin birində Narsist su içmək istəyir və gölə tərəf əyiləndə özünü görərək özünə aşiq olur. Son nəticədə özünü uzun müddət izləyərək ölür.
- Xəstəliyin yaranma səbəbi nədir?
- Xəstəliyin tam səbəbi məlum olmasa da, ətraf mühit, sosial, genetika, neyrobioloji faktorların təsir etdiyi ehtimal edilir.
Əsas müalicə üsulu psixiatriya ilə olsa da, az adam müalicə üçün müraciət edir. Çünki narsistlər hərəkətlərinin normal olduğunu hesab edirlər və xəstə olduqlarına inanmırlar. Bəzən isə başqa xəstəliklərə(maddə istifadəsi bağımlılığı, bipolar, depressiya və s.) görə həkimə müraciət edirlər.
Narsisistik şəxsiyyət pozğunluğunun ən fərqli xüsusiyyətlərindən biri də problem yaradan davranışları qəbul edib dəyişməyə çox dirənmələri, günahı başqalarında axtarmaqda peşəkar olmaları, ən kiçik tənqidi belə münaqişəyə və hətta aqressivliyə çevirmələridir.
- Əlamətləri hansılardır?
- Özlərinin "xüsusi " və ya "seçilmiş" olduqlarını düşünürlər, öz maraqları üçün başqalarını istifadə edirlər, başqalarının uğurlarını qısqanırlar, empati olmur, başqalarının hisslərinə və ehtiyaclarına qarşı biganədirlər, çox bəyənilmək istəyirlər, həmişə özlərini haqlı, başqalarını günahkar sayırlar, daim hər şeyi idarə(manupilyasiya) etməyə çalışırlar, özlərinin qüsursuz olduğunu düşünürlər, qüsurlarını qəbul etdirmək mümkün deyil.
Bundan əlavə, ümumi narsistik şəxsiyyət pozuntusu əlamətləri olaraq:
manipulyasiya;
İnsanları öz mənfəətləri və mənafeləri üçün istifadə etmək;
Eyni statuslu dostluqlarda belə irəlidə olmaq istəyi, rəqabətdə olmaq;
Öz qabiliyyətlərini və nailiyyətlərini şişirtmək və həddindən artıq qiymətləndirmək;
Əsaslandırılacağı mühitlər yaradaraq təsdiqlənmək arzusu,
Özünü ən yaxşı, ən gözəl, ən uğurlu və ən ağıllı görmək,
Cəmiyyətin zirvəsində olduğunu iddia edən,
Daim tərif gözləmək və bunun üçün təzyiq mühiti qurmaq,
Göründüklərinin əksinə, özlərinə inam baxımından kövrəkdirlər və bu onların ən böyük qorxusudur.
- Bundan əlavə, ümumi narsistik şəxsiyyət pozuntusu əlamətləri olaraq:
manipulyasiya;
İnsanları öz mənfəətləri və mənafeləri üçün istifadə etmək;
Eyni statuslu dostluqlarda belə irəlidə olmaq istəyi, rəqabətdə olmaq;
Öz qabiliyyətlərini və nailiyyətlərini şişirtmək və həddindən artıq qiymətləndirmək;
Əsaslandırılacağı mühitlər yaradaraq təsdiqlənmək arzusu,
Özünü ən yaxşı, ən gözəl, ən uğurlu və ən ağıllı görmək,
Cəmiyyətin zirvəsində olduğunu iddia edən,
Daim tərif gözləmək və bunun üçün təzyiq mühiti qurmaq,
Göründüklərinin əksinə, özlərinə inam baxımından kövrəkdirlər və bu onların ən böyük qorxusudur.
- Bu xəstəlik hansı yaş qrupuna aid insanlarda daha çox müşahidə edilir?
- Narsistik şəxsiyyət pozuntusunun baslanğıcı Ailədir:
Narsistik şəxsiyyət pozuntusunun doğuşunda 0-6 yaş çağı son dərəcə önəmlidir. Bu dönəmdə usaq, ailə fərdləri ilə münasibət qurmağa başlayır. Xüsusilə ana ilə qurulan münasibət, uşağın şəxsiyyət inkişafında və daha sonrakı həyatında olduqca təsirlidir. Uşaqlar ailədən gələn gözləntiləri qarşılamaq məcburiyyətində qalırlar. Ailə de bu gözləntiləri almaq adına uşağı bəlli bir səviyyədə tutur. Uşaq ailə üzvləri üçün ən ağıllı, ən bacarıqlı, və ən tərbiyəli uşaq olmalıdır. Gözləntilər yüksəldikcə uşaq üzərində basqı artar. Bu səbəblə usaq, öz pantensialini göstərə bilməz və öz adına qərar almaqda sıxıntılar yaşamaga başlayar. Bu şekilde boyuyən usaqlarda narsistik şəxsiyyət pozgunlugu görülmə mümkünlüyü yüksəkdir.
Narsist şəxsiyyət pozuntusunda görülən əlamətlər, usaqlarin oz davranışlarına qarşı insanların onlara necə reaksiya verdiyini anladıqlari ortalama 8 yaşdan etibarən ortaya çıxir. Bu yaşdan sonra özəlliklə valideynlərin fərqinə vardıqları davranışlar üçün bir professionaldan yardım ala bilərlər.
Bu pozuntu, insanın gənc yetişkinlik dönəmində başlayir və bəlirli əlamətlər ən azından yeniyetmelik çağından etibarən ortaya çıxır.
- Müalicəsi hansı üsulla aparılır?
- Narsistik şəxsiyyət pozuntusunun müalicəsi insanın özünü və munasibətlərini daha sağlam bir şəkildə idarə etməsinə kömək edər. Müalicə əsasən psixoterapiya və digər müalicə növləri ilə müalicə olunur.Narsistik şəxsiyyət pozuntusu yaşayan insanlar dolayısı ilə müalicə oluna bilsələr də şəxsin özünün dirənc göstərməyi önəmlidir. Yəni, özünün müalicə almaq istəyi olmalıdır. Narsistlər xəstəliyini ümumiyyətlə qəbul etmirlər və davranışlarının fərqinə varmayıb normal hesab edirlər.Buna görə müalicə narsist şəxsiyyət pozuntusunda uzun müddətli psixoterapiya növü ilə uzman bir klinik psixoloq tərəfindən ələ alınmalıdır. Dərman terapiyasina gəldikdə isə, narsist şəxsiyyət pozuntusu üçün xüsusi bir dərman yoxdur. Yalnız müəyyən xəstəliklərdə və depressiya zamanı istifadə olunan bəzi dərmanlar təyin oluna bilər.
- Sonda bu mövzü ilə əlaqədar nə dəmək istəyirsiniz?
- Narsitlərə qarşı açıq münasibət qurun:
Duyğularınızı ve gözləntilərinizi açıq və doğrudan ifade edin. Bunu edərkən suçlayıcı bir dil istifadə etməyin.
Səbirli Olun!
Narsist şəxsiyyət pozuntusu olan insanlarla qısa bir zamanda sağlam bir münasibət qurmaq çox da asan deyil. Dəyisim zaman alar. Bu insanlarin davranışlarında və tutumlarında həmən dəyişikliklər gozləməyin və səbırlı olun.
Peşəkar kömək almasına yadım edin.
Psixoterapiya narsist şəxsiyyət pozuntusu müalicəsində önəmli bir rol oynayır. Narsist şəxsiyyət pozuntusu problemi olan dostunuza, ailə üzvunuzə, qohumunuza, yaxınınıza peşəkar yardım almağa kömək edin.
Şəxsi sərhədlərimizi qoruyun :
Öz duyğusal və fiziki sərhədlərinizi qoruyun. Davranışlarınızla bunu göstərmək həm onun, həm sizin sərhədlərinizə hörmət etməyə başlamasınıa həm də özünüzü qorumanıza kömək edər.
Əlaqə nömrəsi nömrəsi: (051) 663 18 99